Kiyev raketlə vuruldu
Kiyev meri Vitali Kliçko Rusiyanın bu gün paytaxta raket hücumları nəticəsində 4 nəfərin öldüyünü, ən azı 35 nəfərin yaralandığını bəyan edib.
Kliçko sosial media hesabındakı paylaşımında Rusiya ordusunun Kiyevin Qolosiyiv rayonundakı 18 mərtəbəli yaşayış binasına raketlə vurduğunu açıqlayıb.
O, bildirib ki, Rusiyanın növbəti hücumu nəticəsində Qolosiyivdə 32, Dnepr rayonunda isə 3 olmaqla ümumilikdə 35 nəfərin yaralanıb.
Kiyevdə 10-dan çox insan yaralanıb, indiyədək iki nəfərin öldüyü məlumdur. Dağıntılar altında insanlar ola bilər. Paytaxtda bəzi kommunikasiyalar, xüsusən də yüksək gərginlikli kabellər zədələnib. Hər şeyin bərpası istiqamətində işlər davam edir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzü 24 fevral 2022-ci il, cümə axşamı, Kiyev vaxtı ilə təxminən səhər saat 5-də başladı.
2023-cü ildə Ukrayna Silahlı Qüvvələrinin sayı 500 minə yaxın hərbi qulluqçudur ki, onlardan 200 mini aktiv hərbi qulluqçulardır. Bundan əlavə, 250 min əsgər ölkənin ehtiyat qüvvələrinin bir hissəsidir. Hazırda Ukraynada nə qədər rus əsgəri var? Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini Vadim Skibitski bildirib ki, Rusiya ordusu işğal olunmuş Ukraynada 420 mindən çox hərbçi cəmləşdirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.