Türkiyədə baş verən dağıdıcı zəlzələdən bir il ötür
Türkiyədə 53 mindən çox insanın həyatına son qoyan dağıdıcı zəlzələlərdən bir il ötür.
Türkiyənin müxtəlif şəhərlərində 2023-cü il fevralın 6-da ölkənin cənub-şərqində baş vermiş dağıdıcı zəlzələ qurbanlarının xatirəsini yad etmək üçün mərasimlər keçirilib.
Bazar ertəsi, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqində maqnitudası yeddi baldan çox olan iki zəlzələ baş verib (yerli vaxtla saat 04.17-də - 7.7 bal və 13.24-də - 7.6 bal).
Zəlzələnin episentri Kahramanmaraş vilayətində olub.
Dağıdıcı zəlzələ Suriya, Livan, KKTC, Yunan Kipr və İraq da daxil olmaqla qonşu ölkələrdə də hiss olunub.
Kahramanmaraşla yanaşı Hatay, Osmaniye, Adıyaman, Diyarbəkir, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığ vilayətlərində də ciddi dağıntı və itkilər qeydə alınıb.
Zəlzələ qurbanlarının sayı 53 537 nəfər olub, daha 107 213 nəfər xəsarət alıb.
Axtarış və xilasetmə işlərinə kömək etmək üçün 93 ölkədən ekipajlar gəlib.
Bütün ölkə ərazisində 7 günlük milli matəm elan edilib. Zəlzələdən zərər çəkən bölgədə fövqəladə vəziyyət elan edilib.
Ümumilikdə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına 650 min nəfər, o cümlədən xaricdən gələn 11 488 nəfər, axtarış-xilasetmə əməliyyatlarının 35 250 nəfəri və 142 min təhlükəsizlik qüvvəsi cəlb olunub.
350 çadır şəhərciyində 645 min çadır, 414 konteyner şəhərində 215 224 konteyner quraşdırılıb.
Azərbaycan Fövqəladə Hallar Nazirliyinin bölmələri həm axtarış-xilasetmə, həm də digər əməliyyatlarda iştirak edib. Türkiyəni tərk edən sonuncu qrup da martın ilk həftəsinə qədər təbii fəlakət zonasında fəaliyyət göstərən azərbaycanlı mütəxəssislər olub. Azərbaycan xilasediciləri dağıntılar altından 53 nəfəri sağ-salamat çıxarıblar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.