Xersonu ələ keçirən generala cinayət işi açıldı
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Cənub Hərbi Dairəsinin 49-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı, rusiyalı general Yakov Rezantsevə qarşı cinayət işi açıb.
Ukrayna xüsusi xidmət orqanları Rezantsevə qarşı “Təcavüzkar müharibə aparmaq” cinayət maddəsi ilə bəzi sübutlar topladığını iddia edir. Qeyd olunur ki, Rusiya qoşunları məhz bu generalın komandanlığı altında Xerson vilayətinə nəzarəti ələ keçirib.
Yakov Rezantsevin rəhbərliyi ilə Rusiya Federasiyasının işğalçı qrupları müvəqqəti olaraq işğal olunmuş Krım ərazisindən istifadə edərək Ukraynanın cənub bölgəsinə soxulublar. SBU bəyan etdi ki, “nəyin bahasına olursa-olsun” Çernobaevkadakı strateji əhəmiyyətli obyektin ələ keçirilməsini məhz Rezantsev verib. Rus generalı həmçinin Xerson vilayətinin infrastrukturuna hücumlar və bölgədə fəaliyyət göstərən müqavimətçilərə qarşı kütləvi repressiyaların həyata keçirilməsi barədə göstərişlər verib. Bundan əlavə, onun göstərişi ilə Rusiya təhlükəsizlik qüvvələri keçid məntəqələrindən keçərkən küçədən və avtomobillərdən insanları oğurlayıb. Ukrayna Cinayət Məcəlləsinin 437-ci (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş təcavüzkar müharibə)maddəsinə görə, onu 10 ildən 15 ilə qədər həbs gözləyir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.