“Sənətə sərhəd yoxdur” adlı ustad dərsi keçirildi
Hər bir xalqın aydın gələcəyi onun sağlam və düşüncəli gəncliyə sahib olmasına əsaslanır. Gəncliyə böyük dəyər verən Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1997-ci ildən etibarən hər il 2 fevral tarixi respublikamızda Gənclər Günü kimi qeyd olunur. Əsası Ulu Öndər tərəfindən qoyulan və gənclərin inkişafına yönəldilmiş bu siyasət ölkə Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərimizin faydalı məşğulluğunun təmin edilməsi və habelə onların asudə vaxtının səmərəli təşkili məqsədilə bir sıra dövlət proqramları hazırlanır.
Bunu əsas tutaraq respublikanın aparıcı muzeylərindən biri kimi Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi də gənclər və yeniyetmələr üçün mütəmadi olaraq müxtəlif mövzular ətrafında maarifləndirici konfranslar, dəyirmi masalar, görüşlər, ustad dərsləri və s. kimi layihələr həyata keçirir.
"AzPress" İnformasiya Agentliyinin AZpressTİMES.info xəbər saytı verir ki , gənclər gününün əhəmiyyətini nəzərə alaraq Teatr muzeyi yetişən gəncliyin yaradıcılığa meylini artırmaq, dünyagörüşlərini genişləndirmək, təxəyyüllərini inkişaf etdirmək üçün “Sənətə sərhəd yoxdur” adlı ustad dərsi təşkil etdi. “Ran Art Studio” emalatxanasında muzeyimizin təşkilatçılığı ilə gənc rəssam Novruz Əhmədov tərəfindən keçirilən dərsdə iştirakçılara öncə qum sənətinin tarixindən, incəliklərindən danışıldı. Ardınca onlara qum üzərində bir-birindən fərqli kompozisiyalar nümayiş olundu. Həzn musiqi sədaları altında işıqlı şüşə masa üzərində qum dənələrindən hazırlanan sənət nümunələri gənclər tərəfindən böyük maraqla qarşılandı. Qonaqlar dərsdə həmçinin qum sənətinin işləmə texnikasını, animasiyaların keçid ardıcıllığını da diqqətlə izlədilər və həvəslə təkrarladılar. Dərsin yekununda göstərdiyi dəstəyə minnətdarlıq rəmzi olaraq “Ran Art Studio” emalatxanası və rəssam Novruz Əhmədov muzeyimizin rəhbərliyi tərəfindən “Təşəkkürnamə” ilə təltif olundu.
Sonda xatirə şəkilləri çəkildi.
Auditoriya “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin üzvlərindən, muzey əməkdaşlarından və media nümayəndələrindən ibarət idi.
Əziz gənclər!
Hamınızı 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək işlərinizdə uğurlar arzulayırıq.
Araz Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.