QAYA DÖVLƏT ANSAMBLININ UĞURLU PREMYERASI
26 yanvar 2024-cü il Dövlət “Qaya” Ansamblı yeni premyerası ilə musiqisevərləri sevindirdi. Beynəlxalq Muğam Mərkəzinin səhnəsində baş tutan konsertdə dahi Azərbaycan klassik bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının mövzuları əsasında caz-estrada üslubunda fantaziya təqdim olundu.
Konsertin əvvəlində ilk söz “Qaya” Dövlət Ansamblının direktoru Turan Məmmədəliyevaya verildi və onun qısa çıxışında ansamblın hazırladığı layihə haqda söz açıldı.
“Arşın mal alan” fantaziyası əfsanəvi “Qaya” kvartetinin banilərindən biri, vokalçı və pedaqoq, Respublikanın Xalq artisti Rauf Babayevin çoxdandan düşündüyü layihə olmuş, 2017-ci ildən etibarən indiki gənc “Qaya” Ansamblının üzvləri ilə birlikdə işlənilərək tamamlanmışdır. Fantaziyanı musiqili komediyanın əsas solo, xor və duet nömrələrinə işləmələr təşkil edir. Nömrələrin caz-estrada üslubunda harmonizəsi və işləmələri Rauf Babayevə, instrumental ansambl üçün aranjimanı isə bəstəkar, pianoçu Nazim Əhmədova məxsusdur.
Konsertin ilk bölməsində “Arşın mal alan” fantaziyası ifa edildi. Lirik, rəngarəng ovqatlar yaradan musiqi və gözəl ifalar auditoriyanın sevgi dolu alqışlarını qazandı. “Qaya” Ansamblının repertuarının zəngin hissəsini təşkil edən Azərbaycan xalq və bəstəkar mahnılarının ifaları konserti hərarətli ovasiyalarla tamamladı.
Rüstəm İsmayılov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.