"Şimşəkdən dənizə" kitabı işıq üzü görüb
AYB-nin üzvü, Türkmən Ədəbiyatçı Yazarlar Birliyinin üzvü, Türkiyə kültür derneğinin Azərbaycan təmsilçisi şairə Esmira Günəşin yeni kitabı işıq üzü görüb. Suraxanı rayonu Əmircan qəsəbəsinin igidi, 11 ayın əsgəri şəhid Davud Məmmədlinin xatirəsinə həsr olunmuş kitabda şəhidin şəhadətindən bir ay sonra dənizdə batan yaxın dostlarından xalası oğlu İsgəndər və Samir adlı gənclərdən də bəhs olunur. Ədəbiyyatın fərqli janrları bir kitabda toplayan şairə qeyd edib ki, "bu kitab oxucuları darıxmağa qoymayacaq. Birnəfəsə maraqla oxunan, duyğuları canlandıran bir kitab olacaq." Kitab şəhid Davud Məmmədlinin həyatından bəhs edən povestlə başlasa da, hekayə, əfsanə və şeirlərin ardıcıllığı ilə davam edir. Şimşəkdə başlayıb dənizdə bitən ümidlərin göz yaşlarına çevrilən vərəqlərdə oxucular üç ananın bala dərdi ilə yanaşı, həm də əsl dostluğun həyatımızdakı önəmini bir daha xatırlayacaqlar.
Şairə xanımı yeni kitabının çap olunması münasibətilə təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.