17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Professor Tərlan Seyidova həsr olunmuş “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsi +FOTO=21

1 il əvvəl 663 01

Professor Tərlan Seyidova həsr olunmuş “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsi

Davamlı olaraq müxtəlif mövzulu müsabiqə, festival, konfrans kimi tədbirlərlə çıxış edən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və onun Orta ixtisas musiqi məktəb-studiyasının növbəti dəfə Azərbaycanın Əməkdar incəsənət xadimi, məktəb-studiyanın yaradıcısı, professor Tərlan Seyidovun müəllif layihəsi əsasında “Akademik, xalq və caz musiqisi” İkinci Respublika müsabiqəsini həyata keçirmişdir. Bu tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlmişdir.

Qeyd olunmalıdır ki, analoji müsabiqə ilk dəfə 2018-ci ildə Respublika üzrə keçirilmişdir. 2020-ci il – pandemiya dövründə isə Məktəb-studiyanın yaranmasının 40 illiyinə həsr olunmuş onlayn-müsabiqə Beynəlxalq səviyyədə reallaşdırılmışdır.

Hazırki müsabiqə digərlərindən bir qədər fərqlənərək, iki mərhələdən ibarət idi. Noyabr ayının 1-dən start götürmüş və 7-nə qədər davam etmiş birinci turun seçimləri iştirakçıların müsabiqənin qaydalarına uyğun olaraq hazırladıqları ifaların videoyazısı əsasında baş tutmuşdur. Videoyazılar “Youtube” sosial platformasına yerləşdirilmiş və linklər münsiflər heyətinə təqdim olunmuşdur.

İkinci turda ifaçıların qiymətləndirilməsi prosesi Ü.Hacıbəyli adına BMA-nın Böyük zalında baş tutmuşdur. Üç yaş kateqoriyasında (I qrup – 8-12 yaş, II qrup – 13-16 yaş, III qrup – 17-23 yaş) “Fortepiano”, “Simli alətlər”, “Nəfəs və zərb alətləri”, “Vokal” nominasiyaları üzrə qruplaşdırılmış müsabiqə iştirakçıları öz canlı ifalarını nümayiş etdirmişdilər. II turun seçimləri dinləyici auditoriyasına açıq şəkildə keçirilmiş və bununla da şəffaflıq təmin olunmuşdur.

Müsabiqədə iştirak etmək üçün Bakıdan və respublikanın 14 regionundan (Ağdam, Ağdaş, Bərdə, Quba, Qubadlı, Gəncə, Qəbələ, Saatlı, Salyan, Sumqayıt, Neftçala, Şabran, Şəki, Şirvan) musiqi məktəbləri, habelə, orta və ali musiqi təhsili müəssisələrindən fortepiano, violin, fleyta və vokal ixtisasları üzrə 100-dən çox gənc musiqiçi müraciət etmişdir.

Noyabr ayını əhatə edən müsabiqənin nəticələri 2023-cü il 27 noyabr tarixində Üzeyir Hacıbəyli adına BMA-nın Böyük zalında – təntənəli bağlanış mərasimində açıqlanmışdır. Tədbirdə müsabiqənin laureat, diplomant və həvəsləndirici diploma layiq görülmüş iştirakçılar dəyərli münsiflər heyəti, Azərbaycanın tanınmış musiqi xadimləri tərəfindən təltif olundular.

Musiqi sənətinin üç əsas istiqamətinə – klassik, xalq yaradıcılığı və caz musiqisinə yönəlmiş müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli olan heyətinə –– BMA-nın tədris işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva (həmsədr), BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevda Məmmədova (sədr müavini) daxil olmuşdur.

Eyni zamanda müxtəlif kateqoriyalı iştirakçıları qiymətləndirən nüfuzlu münsiflər heyəti sırasına BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın professorları “Solo oxuma” kafedrasının müdiri, Azərbaycan Respublikasının Xalq artisti Xuraman Qasımova, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elnarə Məmmədova, “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Xalq artisti Yusif Axundzadə, BMA-nın dosentləri, Azərbaycan Respublikasının Əməkdar müəllimləri Firəngiz Hacıyeva və Fikrət Məmmədov, BMA-nın baş müəllimi Anar Məmmədov, həmçinin BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının müəllimləri – Azərbaycanın Əməkdar müəllimləri Ayişə Əliyeva və Nərgiz Mansurova, dosent Gülnarə Quliyeva, BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının tədris işləri üzrə direktor müavini Nərminə Əliverdi-zadə, müəllim Ofeliya Axundova daxil idi.

Tədbirin əvvəlində BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli ön sözlə çıxış edərək dostu və həmkarı mərhum professor Tərlan Seyidov şəxsiyyəti haqqında öz düşüncələri ilə bölüşdü. O, T.Seyidovun bir musiqiçi və pedaqoq kimi əhəmiyyətini vurğulayaq, onun uşaqları nə qədər çox sevdiyini və xüsusən də istedadlara böyük diqqət və rəğbət bəslədiyini söylədi. Təsadüfi deyil ki, o, professor Tərlan Seyidovun bir peşəkar kimi bütün müəllif layihələrini dəstəkləyərək hər zaman onunla həmfikir olmuşdur.

F.Bədəlbəyli artıq üçüncü dəfədir ki, keçirilən bu layihənin mahiyyətini qeyd edərək, gənc ifaçılara seçdikləri sənətin məsuliyyətli və çətin yolunda əzmlə, yorulmadan çalışmağı tövsiyə etdi. Rektor respublikanın müxtəlif regionlarının musiqi təhsil müəssisələrindən müsabiqəyə qoşulmuş iştirakçılara gələcək musiqi fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Fərhad Bədəlbəylinin xüsusi vurğuladığı məqamlardan biri də müsabiqənin ölkə üzrə istedadlı musiqiçilərin aşkarlanmasında böyük əhəmiyyətinin mövcudluğu oldu.

Professor Tərlan Seyidovun ənənələrini layiqli şəkildə davam etdirən və daim öz müəlliminin nəsihətləri ilə istiqamət alan BMA-nın Orta ixtisas musiqi məktəb-studiyasının direktoru, dosent Sevda Məmmədova tədbirdə çıxış edərək “Akademik, xalq və caz musiqisi” müsabiqəsinin Azərbaycan musiqi mədəniyyəti və təhsilinin inkişafına vacib təsirindən söz açdı. Sevda xanım bütün iştirakçıları, həmçinin onların üzərində böyük zəhməti olan müəllim və valideynləri qazandıqları uğur münasibəti ilə təbrik edərək, xüsusilə vurğuladı ki, müsabiqənin ikinci mərhələsinə vəsiqə qazanmış şagirdlər də, 100-dən artıq iştirakçı arasından seçilmə səbəbi ilə qalib sayılırlar.

Tədbirin bədii hissəsi müsabiqənin laureat adını qazanmış iştirakçılarının müxtəlif janrlar – akademik, xalq və caz musiqisini əhatə edən çıxışlarından ibarət idi. Hər bir ifa özünəməxsusluğu və rəngarəngliyi ilə seçilirdi.

Xüsusi vurğulanmalıdır ki, həm Bakı şəhər musiqi və incəsənət məktəbləri, həm də Azərbaycanın digər regionlarında musiqi təhsili alan şagirdlər müsabiqədə göstərdikləri bacarıqlarını konsertdə də yüksək səviyyədə nümayiş etdirdilər. Belə ki, konsertdə “Fortepiano” nominasiyası üzrə çıxış edən Qubadlı rayonu, Mahmudlu kənd Fəxrəddin Hüseynov adına Uşaq Musiqi Məktəbinin şagirdi Aylin Talıbova (müəllim – İradə Abdullayeva) Vyana klassik məktəbinin banisi, görkəmli Avstriya bəstəkarı Y.Haydnın Re major sonatinasının birinci hissəsini məharətlə ifa etmiş, həmin əsərə məxsus səciyyəvi xüsusiyyətləri dəqiqliklə dinləyicilərə çatdırmışdır. Y.Haydn yaradıcılığına həmçinin Rəşid Behbudov adına 2 №-li Onbirillik Musiqi Məktəbinin şagirdi Pərviz Bağırov da (müəllim – Səidə Zərbəliyeva) müraciət etmişdir və onun ifası yaddaqalan ifalardan biri oldu.

Azərbaycanın digər regionu Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinin şagirdi Vüsal Sultanlı (müəllim – Tükəzban Mehdiyeva) dahi alman bəstəkarı İ.S.Baxın Fa major Kiçik orqan prelüd və fuqasını ifa edərək barokko musiqisinin ecazkarlığını yarada bilmişdir.

Görkəmli rus bəstəkarı S.Raxmaninovun “İtalyan polkası” 34 №-li Uşaq Musiqi Məktəbinin şagirdi, Şəhid polkovnik-leytenant Babək Ramaldanovun övladı Süleyman Ramaldanovun (müəllim – Afət Məmmədova) ifasında özünəməxsus tərzdə səslənərək digər təqdim olunan akademik əsərlərdən şən əhval-ruhiyyəsi ilə seçilirdi.

“Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısının işləməsini (Fəridə Quliyevanın) Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci tələbəsi Nuray Allahverdiyeva (müəllim – Jalə Vəliyeva) ifa edərək xalq musiqimizin gözəl melodik xəttini, olduqca füsunkar obrazlılığını geniş şəkildə göstərdi.

Caz üslubunda təqdim olunan bütün ifalar konsertə xüsusi rəng qataraq böyük alqışlara səbəb oldu. İştirakçılar arasında Azərbaycanın görkəmli bəstəkarı Fərəc Qarayevin “Cənab Bi-Layn – ekssentrik” kimi mürəkkəb əsərinin Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi, Xalq artisti Azər Zeynalovun övladı Fərid Zeynalov (müəllim – Sevda Ağayeva) parlaq ifa sərgiləyərək dinləyiciləri valeh etdi.

Ü.Hacıbəyli adına BMA-nın Orta ixtisas musiqi məktəb-studiyası şagirdi Hüseyn Quliyev (müəllim – Nərgiz Mansurova) ifa baxımından olduqca çətin sayılan Fazıl Sayın “Jazz Fantasy on Mozart” əsərini virtuoz şəkildə dinləyici auditoriyasının diqqətinə çatdırdı.

Tamaşaçılar böyük zövqlə Tofiq Quliyev adına 12 №-li Onbirillik Musiqi Məktəbinin şagirdi Ərtoğrul Balayevin (müəllim – Yelena Xalilulina) mükəmməl ifasında N.Kapustinın “Tokkatina”sını dinlədilər.

Konsert proqramına fortepiano ifaçılarından başqa violin və fleyta ixtisasları üzrə laureatlar da qatılaraq öz töhfələrini verdilər.

Belə ki, violin ifaçıları Gəncə şəhəri Fikrət Əmirov adına 1 №-li Uşaq Musiqi Məktəbinin şagirdi Mələk Allahverdiyeva (müəllim – Rafael Bayramov, konsertmeyster – Günay Məmmədova) italyan bəstəkarı və dirijoru Pietro Fiokkonun “Allegro” əsərini, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Sultan Kərimov isə (müəllim – Lalə Hüseynova, konsertmeyster – Səbinə Vəlibəyova) ispan bəstəkarı və violin ifaçısı Pablo Sarasatenin “Zapateado” kompozisiyasını təqdim etmişdir. Burada onlar violin alətinin incə, zərif səslənməsini ustalıqla nümayiş etdirmişdir.

Əfrasiyab Bədəlbəyli adına 23 №-li Onbirillik Musiqi Məktəbinin şagirdi fleyta ifaçısı Nəzrin İmanova (müəllim – Rövşanə Quliyeva, konsertmeyster – Svetlana Əhmədova) fransız bəstəkarı Fransis Pulenka aid Sonatanın öhdəsindən məharətlə gəldi.

Tədbirin sonunda bütün iştirakçılar münsiflər heyətinin üzvləri – tanınmış incəsənət xadimləri ilə xatirə fotoşəkillər çəkdirdilər. Məktəb-studiya kollektivi tərəfindən təşkil olunmuş növbəti uğurlu layihə məktəbin tarixi səhifələrinə daxil olundu.

“Akademik, xalq və caz musiqisi” müsabiqəsinin keçirilməsi öz aktuallığını saxlamaqla yanaşı, janrlararası əlaqələrin inkişafına və təkmilləşdirilməsinə öz töhfəsini verməkdə davam edir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com