Bakı məhkəməsində Ermənistanın ekoloji cinayətlərinə dair sübutlar təqdim olunub
Keçmiş separatçı rejimin nümayəndələrinin işi üzrə Bakı Hərbi Məhkəməsinin bu gün keçirilən iclasında işğalçı müharibə zamanı Ermənistanın Azərbaycan Respublikasının ekologiyasına və iqtisadiyyatına qəsdən vurduğu ziyana dair sübutlar təqdim edilib.
Azərbaycanın işğal olunmuş əraziləri azad edildikdən sonra hərtərəfli yoxlamalar aparılıb, mütəxəssislər tərəfindən hər bir rayon və kənddə dəymiş ziyanın həcmi müəyyən edilib.
Dövlət ittihamçısı tərəfindən səsləndirilən məlumatlara görə, Zəngilan, Cəbrayıl, Füzuli, Qubadlı, Ağdam, Xocavənd, Şuşa, Tərtər, Laçın və Kəlbəcər rayonlarında ekologiyaya və iqtisadiyyata xeyli ziyan dəyib. Ermənistan tərəfi meşələrin vəhşicəsinə məhv edilməsi ilə yanaşı, işğal etdiyi ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı ilə də məşğul olub.
Məhkəmədə təqdim olunan foto sübutlar ağacların məhv edilməsinin qəsdən və genişmiqyaslı olduğunu açıq şəkildə göstərir. Bundan başqa, işğal altında olan ərazilərdə xammal və filizin qanunsuz çıxarılması faktlarını təsdiqləyən peyk görüntüləri nümayiş etdirilib.
Talan nəticəsində əldə edilmiş gəlirlər və maddi sərvətlər Ermənistan ordusunun yaratdığı qanunsuz silahlı birləşmələrin maliyyələşdirilməsinə, habelə xarici ölkələrdən gələn muzdluların silah, hərbi geyim, ərzaq və digər resurslarla təmin edilməsinə yönəldilib. Bütün bunlar Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən cinayətkar qruplaşmaların döyüş qabiliyyətinin artırılmasına xidmət edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.