Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan konfrans keçirildi
27 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının təşəbbüsü ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunan “Dahi Üzeyir Hacıbəylinin pedaqoji irsi müasir Azərbaycan musiqi təhsilinin əsas istiqaməti kimi” mövzusunda tələbələrin elmi-ifaçılıq respublika konfrans keçirildi.
Konfransın açılışında giriş sözünü Əməkdər müəllim, pedaqoji elmlər doktoru, professor Tamilla Kəngərlinskaya açaraq bütün konfrans iştirakçılarını salamladı. Eyni zamanda konfransın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb, bütün tələbələrə uğurlar arzuladı. Sonra sözü iştirakçılara verdi.
Mövzu dairəsi geniş olan konfransda kafedranın dosentləri Arzu Rzayeva, Nərgiz Əlizadə, Həqiqət Yusifova, Nərgiz Hüseynova, Mədinə Tuayeva, Yeganə Mustafayeva, baş müəllim Nairə Qulamovanın tələbələri Ü.Hacıbəylinin pedaqoji irsi, onun yazıb yaratdığı zəngin musiqi irsinin müasir Azərbaycan musiqi təhsili sisteminin formalaşmasında böyük rolu, musiqi təhsil sisteminin keçmişdən bu günə qədər necə inkişaf etdirilməsi və s. mövzularla çıxış etdilər.
Bakı Musiqi Akademiyasının tələbələri ilə yanaşı Gəncə Dövlət Universitetinin tələbələri də maraqlı mövzular təqdim etdilər.
Elmi-ifaçılıq respublika konfransında Ü.Hacıbəylinin həyat və yaradıcılığını əks etdirən video-çarx iştirakçılara təqdim edildi.
Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinin “Musiqi müəllimliyi” ixtisasında təhsil alan tələbələrin nəzəri məruzələri və musiqi nömrələri maraqla qarşılandı.
Sonda bütün iştirakçılara sertifikatlar təqdim olundu. Yüksək peşəkarlıqla təşkil olunmuş, tələbələrin həm nəzəri, həm də praktik biliklərini tətbiq etmələrinə imkan yaradan elmi-ifaçılıq respublika konfransı uğurla başa çatdı.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.