Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində növbəti təntənəli konsert keçirildi
Milli musiqimizin banisi dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyi çərçivəsində növbəti təntənəli konsert keçirildi.
13 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Fortepiano, orqan və klavesin” kafedrasının müəllim və tələbələrinin konserti baş tutdu.
Konsert proqramında Azərbaycan və Qərb klassik musiqisinin incilərindən seçilmiş əsərlər dinləyicilərə təqdim olundu.
Proqram çərçivəsində çıxış edən istedadlı tələbələr məharətlə çıxış edərək, dinləyicilərin zövqünü oxşadılar.
Konsert musiqisevərlərə yüksək peşəkarlıqla hazırlanmış proqram təqdim etməklə yanaşı, Azərbaycan musiqi mədəniyyətinin banisi Üzeyir Hacıbəylinin irsinin yaşadılmasına töhfə verdi. Tədbir iştirakçıları musiqi dolu bu axşamdan dərin təəssüratlarla ayrıldılar.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.