Şirin Bağçının “Sən Kifayətlisən” adlı sərgisi keçiriləcək
Sərgi haqqında:
2018-ci ildə “Qadınlar və Hisslər” adlı sərgimdən sonra bu yeni layihənin toxumu beynimdə əkildi. O gündən bəri saysız araşdırmalar, söhbətlər, müsahibələr və dərin düşüncələr məni bugünkü işlərimə gətirib çıxardı.
“Sən Kifayətlisən” adlı bu sərgidə 20 ədəd akril boyalı portret nümayiş olunacaq. Bütün əsərlər 90x110 sm ölçüsündədir. Rəssamlıq yolum həmişə ekspressionizmə söykənib və insan ruhunun dərin duyğularını ifadə etməyə çalışıb.
Bu sərginin əsas ideyası bugünkü dünyadakı sonsuz müqayisələrdən, süni filtrlərdən və cəmiyyətin, ailənin, bəzən də özümüzün yaratdığı təzyiqlərdən doğur. Sosial media, ətrafımızdakı insanlar və içimizdəki səslər daim bizə deyir: daha yaxşı ol, daha gözəl görün, daha çox qazan. Mən isə sakit və səmimi bir səslə demək istəyirəm:
Sən kifayətlisən.
Olduğun halınla gözəlsən.
Sən bacarıqlısan, sən dəyərlisən.
Bəli, inkişaf vacibdir, amma daxili dəyərinə heç vaxt şübhə etmə.
Ümid edirəm ki, bu portretlərin hər biri, baxan hər kəsə öz bənzərsiz və dəyərli varlığını xatırladacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.