Faşizm üzərində qələbənin 80 illiyinə həsr olunmuş konsert təşkil olunub
1 may 2025-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş konsert keçirilmişdir.
Tədbir Azərbaycan Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən birgə təşkil olunmuşdur.
Tədbirin əvvəlində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq doktoru Alla Bayramova konsert iştirakçılarına söz verərək, toplaşan tamaşaçılara giriş sözü ilə müraciət etmişdir.
Tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın baş müəllimi Alyona İnyakina dinləyicilərə görkəmli Azərbaycan musiqiçilərinin: bəstəkarların, ifaçıların və müəllimlərin o dəhşətli müharibədə qələbəyə verdiyi töhfələrdən danışmışdır.
BMA-nın tələbələri Nəzrin Məmmədova və Əminə Məmmədova II Dünya müharibəsində faşizm üzərində qələbə uğrunda Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi qəhrəmanlıq və şücaəti haqqında məlumatlarla çıxış etmişdir.
Bayram konsertinin proqramında Azərbaycanın Xalq Artisti, BMA-nın professoru Ülviyyə Hacıbəyova, Azərbaycan Dövlət Akademik Musiqi Teatrının solisti Yuliya Heydərova, BMA-nın konsertmeysteri Dilarə Kərimovanın, Dövlət Xor Kapellasının artistlərinin - Kamilla İmanova, Elyar Əliyev, Tofiq Zeynalov, Fərhad Ələkbərov, Akademik Opera və Balet Teatrının artisti Ruslan Persan, BMA-nın məzunu Nərgiz Məmmədova, musiqiçi Cavid Babayev, eləcə də BMA-nın tələbələri Aişə Məmmədova, Nigar Novruzova və Nərmin Günəşova ifalarında o dövrün qəhrəmanlıq hadisələrinə həsr olunmuş klassik əsərləri və müharibə illərinin mahnıları səsləndirilmişdir. Tədbir zamanı tamaşaçılar Sülh Səfiri, sülh mədəniyyəti İnstitutunun (UNESCO) "Avropa-Asiya" humanitar və kommersiya layihələri departamentinin direktoru, Azərbaycan Mədəniyyət Assosiasiyasının üzvü Renat İlyazovun və "Yaşlek" Tatar Gənclər Mərkəzinin solistləri Amina Ahmedcanova və Raul Kərimovun ifasında rəqsdən həzz ala bildilər.
Tədbir zamanı qonaqlar və konsert iştirakçıları müharibə qəhrəmanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.