Məmməd Əvəzoğlu:
Dəyməyir heç şeytana daş
Oxudum sözlərini bir də, Nurəddin qardaş,
Gəlməyəydim belə biqeyrət olan aləmə kaş!
Elə bil, üzdən iraq, it tüpürüb bəxtimizə,
Hər evə, hər ocağa nazil olub qovğa, təlaş.
O qədər daşlar ilə villa tikərdim özümə,
Neçə ildir atıram, dəyməyir heç şeytana daş.
Nə sayırlar bizi haydan törəyən hərmələlər!
Millətin tən yarısı onlar üçün qul-qaravaş!
Qanımızla yaşayan oğrular heç ölməyəcək?!
Niyə lövbər salıb hər yerdə quduz bir alabaş!
Eləsi var, aman Allah, zəlidən qorxuludur!
Olara kim buyurub get bu yazıq xalqa daraş!
Qələmə almasan əlbət ürəyin dözməyəcək,
Ay Məhəmməd, elə yaz ağrımasın bir də o baş.
Məmməd Əvəzoğlu.08.04.2025.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.