Məmməd Əvəzoğlu:
Kimdən küsüm
Qalmışam avarə qəmlər içrə mən, kimdən küsüm,
Gördüyüm viranədənmi, zalım hakimdən küsüm.
Bir Yetim Segah ilə yandırdı bağrım başını,
Tarizəndən inciyim, ya qəm verən simdən küsüm.
Məhkum oldum məzlumun haqqın yeyən dövranə mən,
Hansı adil padişahdan, hansı zalimdən küsüm.
Aləm içrə əqli kəm olsun gərək haqqın deyən,
Bəhlüli divanədənmi, əqli salimdən küsüm.
Beş əsr əqdəm İmadəddin ənəlhəq hayqırıb,
Bilmirəm şairdən, indi "dilsiz" alimdən küsüm.
Bir vəfasız şəmsə mən biçarə bir səyyarəyəm,
Mübtəla etmiş nigarımdan, ya dərdimdən küsüm.
"Qalmışam nalan qəfəs küncündə fəryad eylərəm",*
Ey Məhəmməd, çarə yoxdur, qarə bəxtimdən küsüm.
Məmməd Əvəzoğlu.31.03.2025.
*Mücrüm Kərim
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.