17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Novruzun gəlişi rəngarəng tablolarda

2 ay əvvəl 104 01

Novruzun gəlişi rəngarəng tablolarda

Xalqımızın keçmişini, bu gününü özündə yaşadan və əbədiləşdirən elə dəyərlərimiz vardır ki, onlar hər zaman ədəbiyyatımızın, incəsənətimizin əsas sevilən mövzu qaynağı olmuşdur. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində milliliyimizi əks etdirən zəngin adət-ənənələrlə əhatələnmiş Novruz bayramının xüsusi yeri var. Insanların sevərək qeyd etdiyi bu bayramın minilliklərdən bəri gələn özünəməxsus fəlsəfəsi, ritual və mərasimləri, yemək mədəniyyəti, adətləri böyük dəyərlər toplusudur deyə bilərik.
Azərbaycanda ilin başlanmasının, yazın gəlməsinin bayram kimi qeyd edilməsi qədim  tarixə malikdir. Ümummilli Lider Heydər Əliyev deyirdi: "Milli-mənəvi dəyərlərini qoruyub saxlamış xalq həmişə müstəqillik yolu ilə getmək, müstəqilliyini qorumaq əzmindədir". Ulu öndər  bildirirdi ki, hər bir azərbaycanlı azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır. Novruz rəsmlərdə, şeirlərdə, mahnılarda müxtəlif yöndən təsvir və tərənnüm edilib. Azərbaycan rəssamlıq sənətində də sevilərək müraciət edilən və əks olunan ən maraqlı motivlərdəndir. Novruz bayramının yaratdığı şən əhval-ruhiyyəli duyğuların bədiiləşdirilməsi rəssamlarımızın yaradıcılığında olduqca geniş yer tutur. Bu milli bayramı dahi fırça ustası Əzim Əzimzadənin yaratdığı bəhs edilən mövzu üzrə qrafik lövhələrdə görə bilərik. Hələ 1930-cu illərdə milli rəssamlığımızın lideri olan Əzim Əzimzadə qoyulan qadağalara baxmayaraq, bir neçə əsərini Novruz bayramına həsr etmişdi. “Od çərşənbəsi”, “Kos-kosa”,  “Kəndirbazlar” kimi əsərləri bu qəbildəndir.
Qoyulan qadağaların geri çəkilməsindən sonra bir çox rəssamlar artıq bu mövzuya rahat şəkildə müraciət etməyə başladı. Xalq Rəssamı Səttar Bəhlulzadə buna misal ola bilər. Onun 1970-ci ildə yaratdığı “Azərbaycan nağılı” adlı monumental tablosu Novruz mövzusunda yaradılmış ən yaddaqalan əsər sayılır. Bu lövhədə dahi rəssam süjetli tablo, mənzərə və natürmort janrlarını uğurla birləşdirməyə nail olmuşdur.
S.Bəhlulzadənin sonrakı illərdə yaratdığı “Bahar nəğməsi”, “Yaşıl xalı”, “Xonçalar”, “Gəlin guşəsi”, “Bahar gələndə”, “Torpağın arzusu", “Oyanış”, “Lalələr”, “Piti”, “Yaşıl xalı”, “Nərgizlər”, “Heyva çiçəkləyəndə” və s. lövhələri bayrama, baharın gəlişinə həsr olunmuşdur.  Dahi fırça ustasından sonra da bir çox rəssamlar bu mövzuya sevə-sevə müraciət etmiş, təsviri və tətbiqi sənətdə Novruz ünvanlı çoxsaylı əsərlər yaratdılar.  Misal olaraq Nəcməddin Hüseynov tərəfindən ərsəyə gətirilən “Müharibəli Novruz” rəngkarlıq tablosunu göstərə bilərik. Burada Qarabağ cəbhəsində əsgərlərimizin bayram süfrəsi təsvir olunmuşdur. Əsər obrazlı bədii ifadəsinə görə çox təsirli bir kompozisiyadır.
Tanınmış qrafika ustası, Azərbaycan Respublikasının Xalq Rəssamı Arif Hüseynov da öz yaradıcılığında Novruz mövzusuna davamlı olaraq müraciət edərək yer verən sənətkarlardandır. Onun yaratdığı “Novruz” qrafik silsiləsi insanların sevimlisinə çevrilmiş, əsl bayram abu havaslnı yaşadan əsərlərdir. Belə ki, onun silsilə əsərlərində Novruz bayramına həsr olunmuş oyun və əyləncələr yer almışdır. Rəssamın “Kəndirbazlar”, “Qulaq falı”, “Yumurta döyüşdürənlər”, “Novruzda”, “Əjdaha ili”, “Su çərşənbəsi”, “Yel çərşənbəsi”, “Torpaq çərşənbəsi”, “Od çərşənbəsi”, “Novruzda elçilik”, “Bayramda şirinçay süfrəsi” və s. əsərlərində Novruzun gəlişini duymaq olur. Rəssam hər bir əsərində milli olan bu bayramı elə milli atributlarla zənginləşdirərək təsvir etmişdir. Bunu adət-ənənələrimizin tablodaki canlı rənglərin ahəngli əksindən, istər obrazların milli geyimlərindən, istərsə də əsərləri bəzəyən milli xalça təsvirlərindən görmək mümkündür.
Xalq Rəssamı Altay Hacıyevin də müxtəlif illərdə Novruza həsr etdiyi qrafik lövhələri, linoqravürləri  var. Onun “Bahar qızı”, “Aşıqlar”, “Ceyranlar” “Novruz oyunları”, “Novruz duyğuları” bayram ovqatlı əsərləri buna misaldır.
Yaradıcılığında milli folklor motivlərinə geniş yer ayıran Xalq Rəssamı Rasim Babayevin “Bayramda”, “Novruz” və “Bayram yükü” əsərlərində baharın oyanışını, Novruzun gəlişini hiss etmək olur.
Respublikamızın tanınmış sənətkarlarının yaradıcılığında Novruza həsr etdikləri əsərlər mövcuddur. Bunlardan Xalq rəssamları Tofiq Ağababayevin “Bayramınız mübarək”, Xalidə Səfərovanın “Novruzda”, “Çovqan”, “Çovqan oyunu”, Fərhad Xəlilovun “Bayramda”, Asəf Cəfərovun “Mənim Azərbaycanım” və “Aşıqlar”, Toğrul Nərimanbəyovun “Bayram”, Ələkbər Rzaquliyevin “Gəlinə bayram hədiyyəsi aparırlar”, Cəmil Müfidzadənin “Bayram yaxınlaşanda”, Elmira Şahtaxtinskayanın “Bayram hazırlığı”, Elbəy Rzaquliyevin "Novruz bayramı", Həsən Haqverdiyevin "Bahar", Sadıq Şərifzadənin "Bahar bayramı. Novruz" kimi müxtəlif illərdə yaratdıqları sənət nümunələrinin adlarını sadalamaq olar.
Xalq Rəssamı Mayis Ağabəyovun “Nağıllı Novruz”, Əməkdar İncəsənət Xadimi Eyyub Məmmədovun “Yaz bazarı”, Əməkdar rəssamlar Namiq Məmmədovun “Bahar nəğməsi”, Rafael Muradovun “Novruz ovqatı”, Arif Ələsgərovun “Kəndirbazlar”, rəssamlar Orxan Hüseynovun “Xoruz döyüşdürənlər”, Ələkbər Muradovun “Səməni”, Qafar Sarıvəllinin “Öncə vətəndir”, “Gözləmə”, Vaqif Ucatayın “Bayram süfrəsi”, Həşim Elçiyevin “Novruz”, İlham Ənvəroğlunun “Şanapipik xoş xəbər daşıyıcısıdır”, Arif Mərdanın “Bayram sevincləri”, Günay Mehdizadənin “Bahar qızı” və s. əsərlərində də yazın gəlişi, baharın xoş təravətini aydın şəkildə duya bilirik.
Rəssamlarla yanaşı dekorativ-tətbiqi sənət ustalarımız da xalqımızın əziz bayramına öz yaradıcılıq töhfələrini vermişdir. Görkəmli xalça ustası Eldar Mikayılzadənin, keçəçi Rauf Əbdülhüseynoğlunun, keramika ustası Nailə Sultanın və rəssam Sənubər Səmədovanın adlarını xüsusilə qeyd etmək lazımdır.
Novruz Bayramı, rəssamlar üçün təkcə vizual bir mövzu deyil, həm də mədəni və əxlaqi bir motivasiya qaynağıdır. Bayramın gətirdiyi yenilənmə və bərəkət kimi anlayışlar, rəssamların əsərlərində xüsusi bir ton yaradır. Həmçinin, Novruzun kökləri çox qədimlərə dayandığı üçün rəssamlar bəzən bu tarixi dərinlikləri və mifologiyanı da öz əsərlərində canlandırmışlar. Fırça ustalarının bəziləri, Novruzun ruhunu müasir bədii yanaşmalarla birləşdirərək, əsərlərində yeni üslublar və texnikalar istifadə etmişlər. Onlar ənənə ilə müasirliyi birləşdirən unikal əsərlər yaratmağı bacarmışlar.
Ümummilli liderimiz “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm” deyə qeyd edirdi. Artıq bu fikirlər reallığa çevrilmişdir. O gözəl torpaqlarda da Novruz bayramı təntənə ilə qeyd edilir.
Novruz bayramı dünyanın bir çox ölkələrində yaşayan həmvətənlərimiz tərəfindən də yüksək təntənə ilə qeyd edilərək tanıdılır.

Ziyarət Qəhrəmanova Cabarova
Sənətşünas,
Azərbaycan Dövlət Rəsm Qalereyasının Böyük Elmi İşçisi,
Rəssamlar İttifaqının “Sənətşünaslar” bölməsi üzrə Prezident təqaüdçüsü

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com