Məmməd Əvəzoğlu:
İstəmir səni
"Vahid, nə etmisən yenə yar istəmir səni,
Uymuş rəqibə,nazlı nigar, istəmir səni".
Şeytan çoxalıb, hamısı insan libasında,
Yoldan çıxarıb mərdüməzar, istəmir səni.
Şair yaranan əqli bütöv, bəxti kəm olmuş,
Nəyçün canına düşmüş azar, istəmir səni?
Hər bir qəzəlin nəğmə olub dillərə düşmüş,
Etməz beləsin məsti-xumar, istəmir səni.
Meyxanəpərəst lə'l nədir, anlaya bilməz,
Kimlər başına çəkdi tumar, istəmir sənə.
Sən böylə qədirbilməz üçün qəm yemə, Vahid,
Dövran oları etdi biar, istəmir səni.
Odlar vətənində səni bir istəməyən var,
Yandırsın onu odlu diyar, istəmir səni.
Nə yaxşı ki nankor balasın dillərə saldın,
Aləmdə özün eylədi xar, istəmir səni.
Vardır birisi, Məmmədi də çaldı ilantək,
Sən şükr elə ki, bir belə mar istəmir səni.
Məmməd Əvəzoğlu.17.02.2025.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.