17 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

Belarus vətəndaşları Azərbaycan vasitəsilə İrandan təxliyə edilib

İran danışıqlar istəyir

İran danışıqlar istəyir

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Netanyahu: İsrail İranın nüvə təhlükəsini neytrallaşdırmağa yaxındır

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Bəybala Mirzəyev: İslam həmrəyliyi nəyə görə məhz indi molla rejiminin yadına düşüb?

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Mnatsakanyan: Biz Ermənistan Silahlı Qüvvələrindən silahları onların tərkib hissəsi kimi almışıq

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Daha bir tiktoker ev dustaqlığına buraxıldı

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Ruben Vardanyanın işi üzrə zərərçəkmişlər ifadə verib

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Levon Mnatsakanyan aprel döyüşləri zamanı Ermənistandan aldığı təlimatları məhkəməyə danışıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. AZpress - ÖZƏL
1. Ana Səhifə
2. Mədəniyyət
AZpress - ÖZƏL Mədəniyyət

Yazıçı Ulduz Qasımın yeni əsərlərinin təqdimat mərasimi keçirildi

1 il əvvəl 1141 01

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanasında

yazıçı Ulduz Qasımın yeni əsərlərinin təqdimat mərasimi keçirildi

Mərasimdə media nümayəndələri,ədəbiyyatşünaslar ,yazıçı və şairlər ,bir də Ulduz xanımın yaradıcılığına öz sevgisini ifadə etməyə gəlmiş oxucular iştirak edirdi. Çıxış edənlər ( tənqidçi və ədəbiyyatşünaslar  Qurban Bayramov , İslam Qəribli , yazıçı- publisist  Fazil Güney, Əlirza Xələfli ,Şəddat Cəfərov ,Əli bəy Azəri , Nəzirməmməd Zöhrablı ,Fariz Çobanoğlu ,Əntiqə Qonaq ,Təranə Əlizadə və qeyriləri ) müəllifin Qarabağ mövzusundan bəhs edən silsilə əsərlərinin bədii məziyyətlərini , əsərin ideya -məzmun etibarilə söykəndiyi tarixi və həyat həqiqətlərini önə çəkdilər .Bildirdilər ki ,yazıçı mövzusundan asılı olmayaraq bütün əsərlərində böyük mənəviyyatın ruhunu qorumağa çalışır .Onun hər bir kitabının qəhrəmanının taleyi ,(istər qadın olsun ,istər kişi) - sədaqət ,ümid ,inam hekayətlərindən yoğrulub .Ulduz Qasım Azərbaycandan uzaqlarda yaşasa da qəlbi ,nəbzi Vətənlə döyünür.Vətən ,Yurd ağrısı , Azərbaycan insanın taleyi onun qələmini tişəyə çevirən əsas amillərdir.
Yazıçının "Maral ", "Badamgözlü", "Ağ göyərçinlər " , "Qaçaq Aslan " ,"Qürbət Zöhrəsi " ,"Xocalı şikəstəsi " ,Qarabağda Qiyamət "və sair əsərləri , eləcə də digər yaradıcılıq nümunələri - şeirləri , publisistik məqalələri müzakirə olundu , müəllifə yeni yaradıcılıq uğurları arzulandı . Sonda müəllif  yaradıcılığını izləyən hər kəsə təşəkkürünü ifadə edən nitq söylədi, avtoqraf yazaraq kitablarını tədbirə gəlmiş qonaqlara hədiyyə etdi.Tədbirdən xatirə şəkilləri də çəkildi. Video-reportaj təqdim olunur.
Fariz Çobanoğlu
ViDEO-FOTO reortaj: AZpress.AZ
2023.12.23

Tanınmış yazıçı  Ulduz Qasımın növbəti növbəti kitablarının təqdimatı keçirildi
Əli Rza Xələfli: “Ulduz Qasım xoşbəxt bürc altında doğulan yazardır”

Məkan təsadüfi seçilməmişdi. Moskvada yaşayan, ürəyi Azərbaycan saatı ilə döyünən, qürbətdə Azərbaycan milli-mənəvi kodlarının daşıyıcısı, milli-mənəvi dəyərlərinin tərənnümçüsü, tanınmış yazıçı Ulduz Qasımın Vətənlə, dostlarla, ədəbi mühitlə növbəti təması Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında baş tutdu. Bu məkan klassikanın gələcəyə ötürülməsini labüd edən mənəvi bağlantıların qorunduğu bir yer anlamındadır. Ulduz Qasımın qeyd etdiyimiz dəyərləri yaşadan, yaxın tariximizdə baş verənləri gələcəyin azərbaycanlılarının yaddaşında möhürləyəcək yeni əsərlərinin təqdimat mərasimi də məhz bu məkanda keçirildi.
Təqdimat mərasimi “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlunun Ulduz Qasım haqqında tanıtım xarakterli çıxışı ilə start götürdü. Tədbirin moderatorluğunu isə şair-publisist, “Kredo” qəzetinin baş redaktoru, Ulduz Qasım yaradıcılığının tədqiqatçısı Əli Rza Xələfli yerinə yetirdi.
Ə. Xələfli xanım-yazıçı barədə təfsilatlı məlumat verərək öncə onu xoşbəxt bürc altında doğulan insan kimi xarakterizə etdi: “Mən əvvəllər xəyalən düşünürdüm ki, qərinə bəlkə də yüzillərlə ölçülür. Amma rəqəmlərlə yanaşsaq, qərinə bilirik ki, cəmisi 33 ilin civarındadır. Bu da faktdır ki, bəzi qərinələr bir yox, bir neçə 33 illərə belə sığmır. Bu son qərinə həm də birmənalı şəkildə Ulduz Qasımın xoşbəxt bürc altında doğulduğunu təsdiqləyir. Çünki durmadan, yorulmadan Vətəninin azadlığı uğrunda qələmini süngüyə çevirən yazıçı üçün nə qədər ağır olsa da, nə qədər böyük qurbanlar bahasına başa gəlsə də, doğma torpaqlarının işğaldan azad olunmasını görmək mübaliğəsiz-filansız ən böyük xoşbəxtlik sayıla bilər.” Natiq daha sonra U.Qasımın yaradıcılığına işıq tutan, özünün qələmə aldığı iki cildlik “Yazıçının Vətən dağı” adlı ədəbi-tənqidi düşüncələrindən ibarət tədqiqat xarakterli kitablarından danışdı. Bildirdi ki, son dövrlərdə nadir hadisədir ki, hansısa bir yazıçının yaradıcılığı barədə bu qədər araşdırmalar aparılsın. Buna səbəb onun U.Qasımın vətənpərvərlik motivli əsərlərinin Azərbaycan oxucusuna çatdırılmaq zərurətinə ehtiyac hiss etməsi olub. Onun bütün yazılarını araşdırıb və belə qənaətə gəlib ki, Ulduz xanımın sənəti haqqında tədqiqati yazılar yazmaq elə iyriminci yüzilliyin insanının taleyini yazmaqdır. Əli Rza Xələfli onu da qeyd etdi ki, Ulduz Qasım oxucularının görüşünə bu gün həmçinin son illərdə qələmə aldığı, nəfis tərtibatda çap olunmuş “Maral” və “Badamgözlü” romanları ilə də gəlib.
Ədəbi-tənqidçi, professor Qurban Bayramov çıxış edərək Ulduz Qasımın yaradıcılığı barədə fikirlərini bölüşdü. Onu da bildirdi ki, xanım yazıçı 40 il Moskvada yaşamasına baxmayaraq, Azərbaycan dilinin incəliklərini belə öz leksikonunda qoruyub saxlaması ilə də gözəl bir nümunədir. Bu xüsusiyyəti qorumaq yazıçının bütün məqamlarda vətənpərvərliyinin təzahürüdür. Elə buna görə də müasir ədəbiyyatda əsərləri haqqında iki cildlik yazılan ilk yazıçı şansını qazanan Ulduz xanım olub.
Tədbirdə həmçinin digər ədəbiyyatşünas alim İslam Qəribli, Azərbaycanın ilk poliqraf alimi  Şəddat Cəfərov,  yazıçı-publisist Fazil Güney, filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy ,  "Azərbaycan"  jurnalının məsul katibi Vüsal Nuru , yazarlar Əli bəy Azəri, Fariz Çobanoğlu, Nəzirməmməd Zöhrablı, yazıçının tələbə yoldaşları Namiq Əhmədov, Əntiqə Qonaq, Dəyanət Səlimxanlı, Təranə Əlizadə və digərləri çıxış edərək Ulduz Qasımın Azərbaycandan, özəlliklə Cəbrayıl rayonunun Mehdili kəndindən başlayan, Bakı Dövlət Universiteti və nəhayət Moskvada davam edən həyat yolundan, əsas nüvəsini vətənpərvərlik və Qarabağ həqiqətləri təşkil edən yaradıcılığından söhbət açdılar, ona yeni-yeni uğurlar arzuladılar. Çıxışlara “yaratdığı hər obraz bir Ulduzdur” fikrinin qürurverici təəssüratları altında yekun vuruldu.
Təqdimat mərasimi Ulduz Qasımın tədbirə qatılan, yaradıcılığına dəyər verən hər kəsə dərindən təşəkkür etməsi ilə sonuclandı. Yazıçı burada səslənən müxtəlif təkliflərə də münasibət bildirərək əsərlərinin ingilis, rus və digər dillərə tərcümə olunduğunu, yaxın zamanlarda beynəlxalq miqyaslı bu dillərdə çap olunacağını da söylədi.
Təqdimat mərasiminin sonunda yazıçının "Maral", "Badamgözlü", "Ağ göyərçinlər", "Qaçaq Aslan", "Qürbət Zöhrəsi", "Xocalı şikəstəsi", “Qarabağda Qiyamət" və sair əsərlərinin çap olunduğu kitablar mərasim iştirakçılarına paylanıldı, müəllif avtoqraflar imzalayaraq onları qonaqlara hədiyyə etdi. Tədbirdən xatirə fotoları da çəkildi.
Nəzirməmməd Zöhrablı,
jurnalist-publisist

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

İnci Mirzəyevanın "Rənglərin incisi" adlı fərdi sərgisi açılıb

John Doe 5 gün əvvəl

Məmməd Əvəzoğlu: Dildarəm mən

Məmməd Əvəzoğlu: Dildarəm mən

John Doe 1 həftə əvvəl

Rənglərlə danışan incəsənət qəhrəmanı

Rənglərlə danışan incəsənət qəhrəmanı

John Doe 1 həftə əvvəl

Məmməd Əvəzoğlu: Qalmayıb

Məmməd Əvəzoğlu: Qalmayıb

John Doe 1 həftə əvvəl

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

Dövlət Uşaq Filarmoniyası balaca dostlarını təbrik edib

John Doe 1 həftə əvvəl

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

“Allegro” qəzetinin əsas məqsədi musiqi sənəti sahəsində baş verən yenilikləri işıqlandırmaqdır

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib

İlham Əliyev minifutbol üzrə dünya çempi...

2 iyun 2025 20:53:35
• Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar}

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com