Azərbaycan cüdoçuları Paris Dəbilqəsini 3 medalla 5-ci yerdə başa vurublar
Ruslan Paşayev mövsümə qızıl medalla başlayıb
1-2 fevral günlərində Franasanın paytaxtı Parisdə böyüklər arasında cüdo üzrə 2025-ci il mövsümünün ilk "Böyük Dəbilqə" turniri keçirilıib. İki gün davam edən turnirdə Azərbaycan da daxil olmaqla, 50 ölkədən 298 tatami ustası medallar uğrunda mübarizə aparıb. ACF-dən verilən məlumata görə, ölkəmiz turnirdə 10 kişi cüdoçu ilə təmsil olunub ki, onlardan da üçü daha yaxşı güləşərək mükafatçılar sırasında yer alıb. Qazanılan medallardan biri qızıl, ikisi bürünc əyarlı olub. Mükafatçılarımızdan isə ən yaxşı nəticəni Ruslan Paşayev (66 kq) göstərib. Bütün görüşlərini qələbə ilə bitirən Paşayev turnrin qalibi olaraq, qızıl medal qazanıb. O, qızıl medal qazanmaqla yanaşı, həm də aktivinə 1000 reytinq xalı yazdırıb. Bürünc medallarsa Rəşid Məmmədəliyevlə (73 kq) Ömər Rəcəblinin (81 kq) aktivinə yazılıb. Bu cütlük eyni zamanda 500 reytinq xalı da qazanıb .
Azərbaycan medalların əyarına görə ümumi komanda hesabında 5-ci yeri tutub.
Qeyd: Reqlamentə görə hər çəkidə ilk 3 yeri tutan cüdoçu müvafiq olaraq, 1000, 700 və 500 reytinq xalı toplayıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.