10 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

Ukrayna ilə bağlı danışıqlar prosesi dayanıb

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

NATO Baş Katibinin Xüsusi Nümayəndəsi Azərbaycana səfər edəcək

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

BDU-da görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

1 il əvvəl 352 01

BDU-da görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın 85 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı

Bakı Dövlət Universitetində (BDU) görkəmli şərqşünas-alim, professor Aida İmanquliyevanın anadan olmasının 85 illik yubileyinə həsr olunmuş “Ərəbşünaslıq və şərqşünaslıq: müasir dünyada mədəniyyətlərarası dialoq” mövzusunda Respublika elmi konfransı keçirilir.

Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycanın XX əsrdə dünya elminə bəxş etdiyi parlaq imzalar arasında görkəmli şərqşünas alim, məharətli elm təşkilatçısı, nüfuzlu pedaqoq, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın özünəməxsus yeri var. Aida xanım İmanquliyeva ilk müsəlman şərqşünas qadın alim, ərəbşünaslıq üzrə ilk qadın elmlər doktoru, ilk qadın professor, ərəb-məhcər ədəbiyyatının tədqiqatçısı, Azərbaycanda ərəb ədəbiyyatşünasları məktəbinin yaradıcısıdır. Bunlar görkəmli alim Aida İmanquliyevanın milli kökə, xalqa bağlı, milli yaddaşın qorunmasına xidmət edən elmi irsinin kiçik bir hissəsidir: “XX əsr Azərbaycan mətbuatının əsas simalarından olan, görkəmli jurnalist və pedaqoq Nəsir İmanquliyevin və yüksək ziyalılığı ilə seçilən Gövhər İmanquliyevanın ailəsində dünyaya gələn Aida xanımın böyüdüyü ailə, əhatə olunduğu saf mühit bu parlaq şəxsiyyətin gələcək uğurlarını şərtləndirən əsas amillərdəndir. Məhz bu mühitin möhkəm təməlləri sayəsində formalaşan Aida xanım orta təhsilini qızıl medalla başa vurub, BDU-nun Şərqşünaslıq fakültəsinə daxil olub. Universiteti fərqlənmə diplomu ilə bitirən Aida İmanquliyeva təhsilini aspiranturada davam etdirib, orijinallığı, elmi yenilikləri, əhatəliliyi ilə seçilən namizədlik və doktorluq dissertasiyalarını müdafiə edib”.

Rektor bildirib ki, "Məhəbbət və gözəllik, ağıl və kamal elə mənəvi işıqdır ki, qəlbi nurlandırır” deyən Aida xanımın elmi yaradıcılığı çox zəngindir. O, 30 il Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini araşdırıb, yaradıcılığı ilə Azərbaycan şərqşünaslıq elminin inkişafı tarixində parlaq səhifə açıb. Onun çoxsaylı elmi əsərlərində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur. Aida xanım elmi fəaliyyəti dövründə bir sıra sanballı əsərlər yazıb, eyni zamanda respublikamızda və xarici ölkələrdə keçirilən nüfuzlu beynəlxalq konfranslarda yüksək elmi səviyyəsi ilə seçilən məruzələrlə çıxış edib. Aida xanım İmanquliyeva BDU-nun Şərqşünaslıq fakültəsində ərəbşünas kadrların hazırlanması işinə böyük töhfə verib. 20 ildən artıq müddətdə ərəb ədəbiyyatından dərs deyib, mühazirələr oxuyub, xüsusi kurslar aparıb, dissertasiya və diplom işlərinə rəhbərlik edib. Onun bilavasitə rəhbərliyi altında Ərəb filologiyası şöbəsində 10-dan çox namizədlik dissertasiyası müdafiə edilib, ərəb ədəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar yazılıb: “Aida İmanquliyeva yüksək intellekti, ziyalılığı, kübarlığı, xeyirxahlığı, insanpərvərliyi ilə örnək bir ömür yaşayıb, onu tanıyanların qəlbinə əbədi həkk olunub. Həyatda çox qısa ömür yaşayan Aida xanım İmanquliyevanın parlaq əməlləri, zəngin elmi irsi bu gün də gələcək tədqiqatçılar üçün etibarlı mənbə rolunu oynayır. “Hər bir cəmiyyətin, quruluşun gələcəyini həyata yeni atılan, böyüyən və yetkinləşən nəsil təşkil edir. Bu nəsli yetişdirən isə ilk növbədə ailədir” yazmış Aida xanım ölkəmizə ləyaqətli övladlar bəxş edib. Bu nümunəvi ailənin ikinci qızı Mehriban xanım Əliyeva möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidentidir. Həyatını elmə həsr edən böyük qızı akademik Nərgiz Paşayeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentidir. Professor Aida İmanquliyeva yaratdığı zəngin və tükənməz elmi irsi, elm təşkilatçılığı sahəsindəki fədakar əməyi, doğulub boya-başa çatdığı ailədən, soy-kökündən gələn əsilzadəliyi, xeyirxahlığı və humanizmi ilə hər zaman xalqımız, elmi və ədəbi ictimaiyyətimiz tərəfindən böyük ehtiramla xatırlanır”.

Sonra professor Aida İmanquliyevanın zəngin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub.

AMEA prezidenti, akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, professor Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq məktəbinə yeni filoloji istiqamət gətirib. Onun ərəb ədəbiyyatına həsr etdiyi tədqiqatlar, monoqrafiyalar, məqalələr, yetirmələrinin yazdığı əsərlər şərqşünaslığın filoloji, ədəbiyyat qolunu inkişaf etdirib. Görkəmli alim ərəb mühacirət ədəbiyyatına dair əsərləri ilə Azərbaycan, bütövlükdə dünya şərqşünaslıq elminə əvəzsiz töhfələr verib.

Milli Məclisin sədr müavini, akademik, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının professoru Rafael Hüseynov isə bildirib ki, şərqşünaslıq elminin əsasını mədəniyyətlər, dinlər, insanlar arasında körpü yaratmaq təşkil edir. Professor Aida İmanquliyevanın da bütün elmi fəaliyyəti Şərqlə Qərbi vəhdət şəklində öyrənməyə, mədəniyyətlərarası dialoqa həsr olunub. Bu baxımdan Aida İmanquliyeva Azərbaycan elminin, ziyalılığının işığı kimi daim parlayacaq.

Milli Məclisin üzvü, Türk filologiyası kafedrasının professoru Jalə Əliyeva, Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, akademik Nizami Cəfərov, Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlcuk Karakılıç, BDU-nun Ərəb filologiyası kafedrasının müdiri, dosent Vüqar Qaradağlı çıxışlarında professor Aida İmanquliyeva ilə bağlı xatirələrini bölüşüb, onun Azərbaycanın elm və təhsil tarixindəki müstəsna rolundan, cəmiyyətə, elmə, təhsilə, mədəniyyətə verdiyi əvəzsiz töhfələrdən danışıblar. Qeyd olunub ki, Sərq-Qərb mədəni əlaqələrinin inkişafında, Azərbaycan fəlsəfi fikrinin islam aləmində yayılmasında professor Aida İmanquliyevanın tədqiqatları mühüm əhəmiyyət kəsb edir.

Konfrans işini 8 bölmə iclası ilə davam etdirir.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 2 gün əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 5 gün əvvəl

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

John Doe 1 həftə əvvəl

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

John Doe 1 həftə əvvəl

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

John Doe 3 həftə əvvəl

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

Misir Ərəb Respublikası beynəlxalq təhsil sərgisində təmsil olunub (FOTO=44)

John Doe 3 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com