Azərbaycan Şövkət Ələkbərovanın musiqi irsini erməni iddialarından qoruyub
Azərbaycanın Əqli Mülkiyyət Agentliyi Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın “BehrooZ Abshar” "YouTube" kanalından erməni musiqisi kimi təqdim edilən daha dörd mahnısının silinməsinə nail olub.
Araşdırma zamanı Ş.Ələkbərovanın mahnılarının “BehrooZ Abshar” "YouTube" kanalında erməni musiqi əsərləri adı altında yerləşdirildiyi müəyyən edilib.
Mərhum müğənninin "YouTube"dakı mülkiyyət hüquqlarını Bakının "Mikpro MMC" şirkəti idarə edir. Əqli Mülkiyyət Agentliyi bu şirkəti işə cəlb edib və görülən tədbirlər nəticəsində Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarını pozan 4 video “BehrooZ Abshar” "YouTube" kanalından silinib.
Belə ki, "YouTube" rəhbərliyi Ş.Ələkbərovanın ifaçı kimi hüquqlarının pozulması faktını təsdiqləyib və onun pozulmuş hüquqları bərpa edilib.
Yada salaq ki, bir neçə gün əvvəl “BehrooZ Abshar” YouTube kanalında Ş.Ələkbərovanın ifasında “Yar gəldi yar” mahnısının erməni musiqisi kimi təqdimatını da dayandıra bilmişdik.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.