Aslan İsmayılov:
Qonaqlara göstərilən qayğı xalqa da göstərilməlidir..
Bütün təhdidlərə, geopolitik burulğanlara, kritik vaxt sıxıntısına rəğmən COP29 Azerbaijan baş tutdu. Var gücləri ilə qərb mediasında tirajlanan qərəzli təbliğat, boykot ritorikası belə tədbirin yüksək səviyyədə keçirilməsinə kölgə sala bilmədi. Bu bir daha sübut edir ki, biz xalq olaraq böyük işlər görməyə qadirik. Bir çoxlarımız hələ də COP29-un Azərbaycan dövləti üçün hansı faydaları verəcəyinin fərqində deyilik. Bunu zamanla görəcəyik. Ən əsası isə ölkə daxilində kütləvi maariflənmə prosesi getdi ki, hesab edirəm, bu proses davam etməlidir. Bilirəm ki, bu tədbirin baş tutması üçün bir çox izləyicilərimin də əməyi olmuşdur. COP29-un uğurla yekunlaşması münasibətilə bu işdə əməyi olan hər kəsi təbrik edirəm.
P.S. Bu tədbir daxil olmaqla bütün sınaqlardan uğurla çıxmağımızda əvəzsiz rolu olan, heç bir fitnə fəsada getməyən Xalqın borcu qaytarılmalı və qonaqlara göstərilən qayğı Xalqa da göstərilməlidir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.