Məmməd Əvəzoğlu:
Bağışlasan
Sən demə meh vuranda boynunu əyir süsən,
Sən ki, heç olmamışdın belə inciyib-küsən,
Sən deyildin görüşə məndən qabaq tələsən?
Şükür olsun, deyərəm barışdığın günə də,
Bağışlasan yanına qayıdaram yenə də.
Niyə belə elədin? Yadına da salmaram,
Ən əziz yerə getsəm, bircə gecə qalmaram,
Yanımdan ötən qızın salamını almaram,
Baxmaram heç mələyə, göydən yerə enə də,
Bağışlasan yanına qayıdaram yenə də.
Gedərəm ömür yolun sənin izlərin ilə,
Düzərəm şeirləri sənin sözlərin ilə,
Sənə baxaram, gülüm, sənin gözlərin ilə,
Süzmərəm birisini, lap başıma dönə də,
Bağışlasan yanına qayıdaram yenə də.
Məmməd Əvəzoğlu.26.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.