Məmməd Əvəzoğlu:
Allah şikayətdən bezib
Gəl şikayət etməyək, Allah şikayətdən bezib!
Dildə iman əhli bu dinsiz vilayətdən bezib!
Kim deyib ki, doğma qardaş qardaşın malın yesin?!
Adəm övladında bu şeytani niyyətdən bezib!
Göylərə ərz eyləyən var, burda cənnət qurmuşuq,
Neyləyək, Allah köhnəlmiş rəvayətdən bezib!
Kim ki divan əhlidir, əzrailin yetmir əli,
Biz cəhənnəm, cümlə aləm də o heyyətdən bezib!
Dövrənə qıl bir nəzər, aləm fəlakət içrədir!
Rəhm edir, biz qanmırıq, rəbbim inayətdən bezib!
Taxtını mütləq sayan Firon da allaham dedi,
Mütləq Oldur! Hər yalançı mütləqiyyətdən bezib!
Bütləri qırdın, Məhəmməd, bütpərəst oldun yenə,
Bilməyirsən can verən bütlərə beyətdən bezib!?
Məmməd Əvəzoğlu.15.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.