Hümbət Quliyev:
Şeir yazmaq həvəsi haqda
(esse)
Bizlər görəsən şeir yazmağa niyə bu qədər həvəsliyik? Alman, ingilis, ümumiyyətlə, avropali, amerikali biz qədər bu işə maraqli deyil. Görəsən niyə? Elmə şeir yazmaq qədər həvəsimiz olsaydı, təsəvvür edirsiniz biz haralardaydiq?
Sumqayit Qafqazın ikinci sənaye mərkəzidir, çoxlu zavodlar açılır və hələ açılacaq da. Sənaye parkları, kimya parkımız var, amma bir dənə də olsun nə böyüklər, nə də uşaqlar üçün texnili yaradıcılıq mərkəzimiz yoxdur. Uşaqlar üçün rəqs mərkəzləri nə qədər istəsən var. Böyüklər də hər ay bir şeir dərnəyi təsis edir, Maşallah!
Dünyanın ən böyük Poeziya evi də elə Sumqayıtda yerləşir.
Sovet dövründə doqquzuncu mikrorayonda yeganə texniki yaradıcılıq mərkəzi vardı.
Uşaqlara aviamodelçiliyi, gəmimodelçiliyi və digər texniki sahələri öyrədirdilər.
Nəvəm texniki sahəyə maraq göstərirdi, fikirləşdim ki, aparım ora. Məlum oldu ki, orada da indi yenə rəsm, musiqi və s. dərnəklər fəaliyyət göstərir, adı qalsa da texnikadan əsər-əlamət qalmayıb.
Mən bədii yaradıcılığın əleyhinə deyiləm, olsun, uşaqlarımızın bədii təfəkkürünü inkişaf etdirək, amma belə ifrat birtərəfliyin əleyhinəyəm. Uşaqların gələcək mənəviyyatına dəstək olaq, amma bu oğlan böyüyüb kişi olmalıdır, ailə saxlamalıdır, peşəsi, sənəti olmalıdır axı!
Axı bu şeir yazmaq pul da gətirmir, digər dividentləri də şübhə altindadir.
Dünyanin heç bir ölkəsində uşaqlara şeir əzbərlətmirlər. Əzbərçilik uşağın yaradıcılıq təfəkkürünü rüşeymdə dağlayır.
Bu gedişlə 10 ildən sonra zavodlarımızda mühəndislər xaricilər, fəhlələr bizimkilər olacaq. Məlum olacaq ki, zavodda nə musiqiçi lazimdir nə də şeir yazan.
Bax onda, gənc şairimiz evdə oturub haqsizlıq haqqında möhtəşəm bir şeir yazacaq…
Hümbət Həsənoğlu
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.