Məmməd Əvəzoğlu:
Üç müşketyor
Dünən üç müşketiyor gəlmiş idi Lənkərana,
Elə bil xan şəhərin daşları da gəldi cana.
Çörəyi tazələmək vaxtı gəlib yetmiş idi,
Atları çapdıq o dəm bir balaca restorana.
Yox dedi dostumuzun dəvətinə başkan ağa,
Başa düşdük işi var, bağlıdır hər şey zamana.
Yada düşmür belə dəmdə südəmər "körpə" cocuq,
Bilirəm, başlayacaqdı o saat and-amana.
Dost ara söhbətimiz hamımızı məst elədi,
Meylimiz olmadı heç mey də süzək istəkana.
İdrakın kəlmələrin şövq ilə idrak elədik,
Muğamın pərdələrin açdı neçə söz qanana.
O ziyafətdə Ziyafət də qəzəl xırdaladı,
Əhli-məclis də qulaq verdi o şirin zəbana.
Pirilər cuşa gəlib, qəlbləri şad eylədilər,
Məclisi xətm eləmək düşdü Məhəmməd cavana.
Məmməd Əvəzoğlu.16.11.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.