Şəmil Sadıqov:
Doğma yurda adam məhz bu məntəqədən keçməmək üçün gəlmək istəmir!
Deməli, Azərbaycan dünyanın ən təhlükəsiz ölkəsidir, Naxçıvan isə təhlükəsizlik baxımından dünyaya belə nümunədir. Di gəl Naxçıvan hava limanında yoxlama o qədər ciddi və bu işə baxan adamlar o qədər sərtdir ki, adam özündən belə ehtiyatlanır, adam özünü cinayətkar kimi hiss edir)) Balaca bir aeroportdur, iki dəfə ciddi şəkildə yoxlayırlar. Köhnədən qalan bu ənənə hələ də dəyişməyib. Məsələn, Heydər Əliyev adına Hava limanında yoxlama bu qədər sərt deyil. Məncə, aşırıdır, bir az yumşalma getməlidir. Düzdür, hər şey təhlükəsizliyimiz üçündür, amma gərək ki, adamı güllələyəndə də gülə-gülə etsinlər. Bu gün ilk dəfə idi ki, İstanbuldan Naxçıvana uçurdum, çıxışda elə bir proses aparılır ki, elə bil təyarəyə minirsən, bircə kəməri çıxarmadıq. Və aeroport əməkdaşlarının kobud münasibəti isə bir başqa mövzudur. Bütün bunlar azmış kimi, Naxçıvan camaatı bilet məsələsində 30 ildir ki, eyni acını yaşayır. Hələ bir də SİMA çıxdı. Bileti alanın telrfonuna mesaj gəlməlidir, sonra alış olur. Doğma yurda adam məhz bu məntəqədən keçməmək üçün gəlmək istəmir! Bir az gülümsəyin cənablar, gülümsəyin)) Axı dünyanı sevgi xilas edəcək, deyirlər. Onu da deyim ki, keçdinsə, Sanki cənnətə girirsən, ona görə də bu əzaba dözmək olur)
P.S. Sonqapur, Frankfurt hava limanları dünyanın ən böyük hava limanlarıdlr və insan giriş-çıxışı saysızdır. Amma bir dəfə, o da ən sonda təyyarəyə minəndə yoxlama aparılır. Adam sərhəd keçdiyinin fərqində belə olmur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.