Hakan Fidan: "Bu, Ermənistanla nizamlanma prosesinə xələl gətirəcək"
Azərbaycan və Ermənistan arasında 2-ci Qarabağ müharibəsindən sonra sülhün bərqərar olması üçün tarixi imkan daha da möhkəmlənib.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan 2024-cü ilin büdcə müzakirələri zamanı bildirib.
Nazir deyib ki, Türkiyə sülh sazişinin daha tez imzalanmasını istəyir: "Biz iki ölkə arasında etimadın möhkəmləndirilməsinə yönəlmiş addımları məmnunluqla qəbul edirik və sülh sazişinin bir an əvvəl imzalanmasını istəyirik. Biz qardaş Azərbaycanla müttəfiqlik səviyyəsinə yüksəlmiş əlaqələrimizi bütün sahələrdə inkişaf etdiririk".
Fidanın sözlərinə görə, Ermənistanla başlayan nizamlanma prosesi Azərbaycanla birlikdə regional prosesləri diqqət mərkəzində saxlayaraq irəliyə doğru aparılacaq: "Bəzi üçüncü dövlətlər tərəfindən 1915-ci il hadisələri ilə bağlı əsassız iddiaların yenidən alovlanması və gündəmə gətirilməsi nizamlanma prosesinə xələl gətirəcək. Bu ölkələr Ermənistana heç bir xeyirxahlıq etmirlər".
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.