Məmməd Əvəzoğlu:
Hara gedirsiniz, kənd adamları?
Bəşərin əlində hər cürə fəndlər,
Bağlanır düyünlər, dağılır bəndlər,
Yetim körpə kimi ağlayır kəndlər,
Bəzisi boşalıb, bəzisi yarı,
Hara gedirsiniz, kənd adamları?
Onsuz da dözürük, gözümüz toxdur,
Maşallah, bağların meyvəsi çoxdur,
Kəndin ki acından öləni yoxdur,
Nisyə də mal verir dükan-bazarı,
Hara gedirsiniz, kənd adamları?
Kəndin payızı da ürəyi sıxmır,
Qarı, küləyi də damları yıxmır,
Bilirəm, burada çörək də çıxmır,
Tərk edib gedirsiz doğma diyarı,
Hara gedirsiniz, kənd adamları?
Hələ qanun yazır canlı meyitlər,
Şişir cərimələr, artır limitlər,
Yol boyu boş evlər, sahibsiz itlər...
Hər yerdə baş alıb insan qumarı,
Hara gedirsiniz, kənd adamları?
Məhəmməd, elə yaz, xalqı inandır,
Nisyə sözlər ilə özünü qandır!
Bakı elə şişib- Azərbaycandır!
Böyükdür bu xalqın dərdi, azarı,
Hara gedirsiniz kənd adamları?
Məmməd Əvəzoğlu.21.10.2024.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.