Rusiya Musiqi Akademiyasının prezidenti BMA-da
2024-cü il oktyabrın ayının 21-22 tarixlərində Qnesin adına Rusiya Musiqi Akademiyasının prezidenti, Rusiya Federasiyasının əməkdar artisti, Rusiya hökuməti mükafatı laureatı, Pedaqoji elmlər namizədi, professor, Musiqi ustalığı və Müasir İfaçılıq şöbəsinin müdiri (YUNESKO Departamentinin statusu) Qalina Mayarovskaya və Akademiyanın professor heyəti Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşlar.
Qeyd edək ki, Qalina Mayarovskaya BMA-nın məzunu olmuşdur.
Xalq artisti, Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonaqları qarşılamış və Qalina Mayarovska ilə doğma BMA-nın dəhlizlərində dolaşaraq, qayğısız tələbəlik illərini yada salıb, gənclik illərinin təəssüratları ilə bölüşdülər.
21 oktyabrda professorların ustad dərsləri keçirildi.
Qnesin adına Rusiya Musiqi Akademiyasının rektoru, professor, Rusiya hökuməti mükafatı laureatı, Rusiya Federasiyasının təhsil sahəsi üzrə fəxri işçisi Aleksandr Rıjinski Azərbaycan Dövlət Xorunun artistləri ilə çalışır və baş tutacaq konsert proqramının məşqlərini etmişlər. Onun rəhbərliyi ilə onlar rus və Azərbaycan musiqisinin əsərlərindən ibarət konsert proqramı ilə çıxış edəcəklər.
Beynəlxalq müsabiqələr laureatı, Qnesin adına Rusiya Musiqi Akademiyasının “Solo ifaçılıq” kafedrasının professoru Yekaterina Starodubrovskayanın vokal üzrə ustad dərsləri də baş tutdu. Onun rəhbərliyi ilə gənc vokal ifaçılar - Bakı Musiqi Akademiyasının tələbələri sənətlərini daha da təkmilləşdirməyə müvəffəq olmuşlar.
Rusiya Federasiyasının əməkdar artisti, Qnesin adına Rusiya Musiqi Akademiyasının Violin və viola kafedrasının müdiri Aleksey Koşvanets tələbələr üçün ustad dərsi keçərək, öz bilik və təcrübəsini gənc skripka ifaçıları ilə bölüşdü.
Yaradıcılıq məktəbinin əsas hadisəsi iki Akademiya arasında anlaşma memorandumunun imzalanması oldu. İki aparıcı universitet üçün gələcək üçün böyük perspektivlər açan bu sənədi rektorlar: Azərbaycan tərəfdən Xalq artisti Fərhad Bədəlbəyli və Rusiya tərəfdən Aleksandr Rıjinski imzaladılar.
Onu da qeyd edək ki, Rusiya Musiqi Akademiyasının prezidenti Qalina Mayarovska da BMA-nın rektoru Fərhad Bədəlbəyli ilə görüşmüş, memorandumun imzalanmasında iştirak etmişdir.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.