Azərbaycan Ermənistanı COP29-da iştiraka dəvət edib
COP29-da iştirak etmək üçün Ermənistan tərəfinə dəvət göndərilib.
Bunu energetika nazirinin müavini, COP29-un Azərbaycan üzrə baş icraçı direktoru Elnur Soltanov deyib.
"Dəvət Ermənistan tərəfinə göndərilib. Biz bütün səviyyələrdə qonaqları qəbul etməyə hazırıq", - Elnur Soltanov vurğulayıb.
Baş direktor Ermənistan prezidenti Vaaqn Xaçaturyanın “Ermənistan Azərbaycanla noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülh sazişi imzalamağa sadiqdir” fikrinə də münasibət bildirib.
Elnur Soltanov qeyd edib ki, heç bir ölkə öz maraqları üçün COP29-dan sui-istifadə etməməlidir: “COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar Azərbaycan və Ermənistanın qarşılıqlı dəstəyi ilə qəbul edilib ki, bu tempin sürətlənməsi və ölkələrimiz arasında davamlı sülhün imzalanması arzu edilir. Amma bu, hər iki ölkənin iradəsi əsasında, qarşılıqlı razılaşma, kompromis yolu ilə baş verməlidir”.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.