15 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Azərbaycan və Türkiyə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər

Ermənistan Livana humanitar yardım göstərəcək

Ermənistan Livana humanitar yardım göstərəcək

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gəlib

WUF13 çərçivəsində "Şəhərin Səsi" tədbiri keçiriləcək

WUF13 çərçivəsində "Şəhərin Səsi" tədbiri keçiriləcək

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Azərbaycan narkotik maddə ilə axtarışda olan şəxsi Hindistana ekstradisiya etdi

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Türkiyə və İtaliyadan gətirilən qida əlavələri Azərbaycanda yandırılıb

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Türkiyədə Azərbaycanın iştirakı ilə keçirilən EFES-2026 çoxmillətli təlimləri davam edir

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Ümumdünya tarixində Azərbaycan dövlətçiliyi - Yaqub Mahmudov yazır

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Şəhid mayor Anar Novruzovun 50 illiyi qeyd olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə videoçarx təqdim olundu

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

Ağcabədidə Ümummilli liderin doğum günü təntənəli şəkildə qeyd olundu +FOTOLAR

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Mədəniyyət
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Mədəniyyət Elm və Təhsil

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabının təqdimatı keçirildi

1 il əvvəl 378 01

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabının təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Bakı Ekspo Mərkəzində keçirilən X Bakı Beynəlxalq Kitab Sərgisinin “Lütfi Zadə” təqdimat zonasında AYB-nin və AJB-nin üzvü, “Azərbaycan Yazıçı Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri, kitabxananın Fəxri oxucusu, yazıçı, publisist Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” kitabının təqdimatını keçirdi.

Tədbir Qarabağ müharibəsində canlarını qurban vermiş və əsərin qəhrəmanına çevrilmiş oğullarımızın fotolarını əks etdirən videoçarxın nümayişi ilə başlandı.

Kitabın redaktoru, tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova tədbiri açaraq, yazıçının Qarabağ müharibəsi haqqında yazdığı əsərlər haqqında qısa məlumat verdi və bildirdi ki, Nüşabə xanım gözəl və məhsuldar yazıçıdır, təkcə bu ilin 9 ayında onun müəllifi və ideya müəllifi olduğu 3 kitab işıq üzü görüb. Bunların arasında Azərbaycan yazar qadınlarının Zəfər almanaxı, Azərbaycan mədəniyyətininin bütün sahələrinə aid Ulu Öndərin 300-dən çox aforizm və müdrik kəlamlarını toplayan “Heydər Əliyev: Azərbaycanın zəngin mədəniyyəti var” kitabı və bu günkü “Zəfər zənguləsi” kitabıdır.

Kitab 44 günlük  Vətən müharibəsinin, 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiteror əməliyyatının 1-ci ildönümünə və Azərbaycanın Dövlət Suverenliyi Gününə həsr olunub. Agır əsərdir, göz yaşlarıyla yazılan əsərdir, insanı lərzəyə gətirən, insanı ağladan, real faktlar əsasında yazılmış əsərdir. Əsərdə Vətən müharibəsi və antiterror əməliyyatının qəhrəmanları haqqında maraqlı məlumatlar, döyüş səhnələri, əsirlik həyatı, əsirlərin başına gətirilən işgəncələr, müharibənin ilk günündə əsir düşməmək üçün əsgər və zabitlərimizin igidliyini təsvir olunur. Qisas qiyamətə qalmadı! Sevinirik ki, döyüşçülərimiz, qazilərimiz sağ-salamat qayıtdı. Kədərlənirik ki, çox şəhidlər verdik. Əsər bir nəfəsə oxunur. Bu kitab həm də kitabxanamızın keçirdiyi “Şəhidlər unudulmur”, “Şəhidlər ölməz, Vətən bölünməz” layihələrinə Nüşabə xanımın töhvəsi və hədiyyəsidir.  Şəhidlərimiz haqqında çox yazılmalıdır. Onlara həsr olunmuş teatr tamaşaları qoyulmalıdır, kinofilmlər çəkilməlidir, simfoniyalar, oratoriyalar, opera və baletlər yazılmalıdır, mahnı və muğamlar bəstələnməlidir, roman, povest, hekayə, şeir, ballada, poema və qəzəllər yazılmalıdır, pannolar çəkilməlidir, abidələr və xatirə kompleksləri ucaldılmalıdır.

Yazıçı Nüşabə Məmmədli oxucularla öz təəsüratlarını bölüşdü: “Yolun uzaqlığına baxmayaraq, gələnlərin hər birinə təşşəkkür edirəm. Əsəri mən tək yazmadım, hamı ilə yazdım. Mənə çox köməklik etdilər. Səbayıl Rayon Məhkəməsinə, Vardanyana hökm oxunan məhkəməyə getdim. R.Vardanyana və A.Qukasyana hökm çıxaran hakim Ülviyyə xanım Şükürova ilə görüşə bildim. Öz-özümə dedim ki, xanım hakim erməni ilə necə bacarmışdı və sonra özüm şahid oldum onun proses aparmağına. Şəhid atasına, şəhid anasına zəng etmişəm, onlar mənə  qəhrəmanlarımızın şəhid olması barədə məlumat toplamağa çox köməklik etdi. Müharibənin hər dəqiqəsinə əsər yazılmalıdır. Mən şəhidlərin qan tökdüyü yerə baş qoyaram, qarış-qarış gəzəndə torpaqda daş ilə dairəyə alınmış şəhid qanı gördüm. Bu müqəddəs qandır. Əgər istəyirsiniz 44 günlük Vətən müharibəsində necə qalib gəldiyimizi biləsiniz  kitabı oxuyun, necə güclü olduğumuzu, qəhrəmanlarımızın necə cəsarətli olduğunu görəcəksiniz. Onlar dağlara dırmaşa-dırmaşa döyüşüblər, Şuşadakı küçə döyüşlərini necə təsvir etməyəsən? Qəhrəmanlarımız üçrəngli bayrağımızı yüksəkliklərdə ucaltdılar”.

Tədbirdə iştirak edən kitabın naşiri Akif Dənzizadə çıxış edərək bildirdi ki, mənim 94 yaşlı atam bu romanı oxudu və müəllifə salamlarını yetirdi. Nüşabə xanımın başqa yazıçılardan üstünlüyü ondadır ki, milli düşüncəsiylə düşməni darmadağın edir. Qələbə qazanan ölkənin tarixini onun alimləri, yazıçıları yazır. Bu gün Qarabağın hər qarışı – dağı, daşı, kəsəyi, dərəsi, təpəsi Zəfərdən danışır.
“Zəfər zənguləsi” kitabının təqdimatında iştirak edən qazilərdən Ramin Şirinov kitab haqqında fikirlərini bildirdi və dedi ki, mən “Zəngulə” romanını oxuyanda bilirdim ki, bunun ardı yazılacaq. Biz artıq Qarabağı aldıq, işğal altında olan torpaqlarımızı azad etdik. Bu gün mötəbər bir gündür, müəllimlər günüdür. Möhtərəm Prezidentimiz 16 şəhid müəllimi orden və medallarla təltif etmişdir. Vətənpərvər olmaq üçün bu formanı geyinmək önəmli deyil, hər kəs öz işində vətənpərvər olmalıdır, Nüşabə xanım da öz işinin vətənpərvəridir. Ona uğurlar arzulayıram.
Tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov maraqlı fikirlərlə çıxış etdi. O, kitabı xarici dillərə tərcümə olunmasını təklif etdi.

Tədbirdə kitabsevərlər, kitabxanaçılar, qazi və veteranlar, ziyalılar, geniş ictimaiyyət nümayəndələri iştirak etdilər.

Təqdimatın sonunda imza saatı təşkil olundu.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

Kitablar səltənətinin inciləri: Xaqani Şirvani “Bəxtəvər oldum”

John Doe 1 gün əvvəl

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

Kitablar səltənətinin inciləri: Məhəmməd Füzulinin qəzəlləri

John Doe 1 həftə əvvəl

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

Ədəbi incilər: Vətənpərvər insan, nəğməkar-şair – Rəfiq Zəka

John Doe 1 həftə əvvəl

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

Varis Yolçuyev: Deyiləsi sözümüz əlbət ki çoxdur!

John Doe 1 həftə əvvəl

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

Tanınmış yazıçı Nüşabə Məmmədlinin “Zəfər zənguləsi” növbəti dəfə “Kitablar səltənətinin inciləri”ndə

John Doe 2 həftə əvvəl

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

Xalq şairi Süleyman Rüstəmin yubileyi qeyd olundu

John Doe 4 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

İlham Əliyev Bakı Olimpiya Stadionunun ə...

12 may 2026 16:51:54
• İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü}

İlham Əliyevin Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə...

12 may 2026 13:23:34
• İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub}

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood A...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com