02 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

M.Y.Lermontovun yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirildi

7 ay əvvəl 238 01

M.Y.Lermontovun yubileyinə həsr olunmuş kitabın təqdimatı keçirildi

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyində tanınmış publisist, politoloq, kitabxananın Fəxri oxucusu Reyhan Mirzəzadənin “Qafqazın poetik abidəsi” kitabının təqdimat mərasimi keçirilib. Kitab görkəmli rus şairi M.Y.Lermontovun anadan olmasının 210 illiyinə həsr olunub.

Tədbiri giriş sözü ilə tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Lətifə Məmmədova açaraq, R.Mirzəzadənin yorulmadan böyük əmək sərf etdiyini tədbir iştirakçılarının və qonaqların diqqətinə çatdırdı. O qeyd etdi ki, müəllif böyük sevgi ilə 20 ildir ki, rus klassiklərinin həyat və yaradıcılığını araşdırır. Böyük həvəslə bu ciddi və gərəkli fəaliyyətini davam etdirərək, rus klassikləri haqqında yazdığı kitabları Azərbaycan oxucusuna təqdim edir. A.S.Puşkin, F.M.Dostoyevski, N.Q.Çernışevski, V.Q.Belinski, A.P.Çexov, N.V.Qoqol, K.D.Uşinski və b. haqqında maraqlı kitablar yazıb. Bu gün Azərbaycanın ədəbi həyatında daha bir mühüm hadisə baş verir – görkəmli rus şairi, nasir, dramaturq, rəssam Mixail Yuryeviç Lermontovun 210 illik yubileyinə həsr olunmuş Reyhan xanımın “Qafqazın poetik abidəsi” kitabının təqdimatı keçirilir. O, rus ədəbiyyatının dahiləri haqqında yazmaqla çox nəcib bir missiyanı yerinə yetirir və eyni zamanda, kitabxanalarımızın fondlarını zənginləşdirir, kitabxanalara yeni, məlum olmayan faktlarla dolu maraqlı əsərlərini təqdim edir.

70 ildir ki, bizim kitabxana fondlarımız kiril əlifbası ilə yazılmış gözəl ədəbiyyatla zənginləşdirilib. Lakin latın qrafikasına keçəndən sonra fondlar ballasta çevrilməyə başladı. Gənc nəslin onları oxumağa imkanı yox idi. Ölkə Prezidentinin sərəncamları ilə latın qrafikası ilə çoxlu sayda əsərlər nəşr olundu, rus və dünya klassiklərinin seçilmiş əsərlərinin 150 cildlik nəşri işıq üzü gördü. Bununla belə, hələ də çoxlu sayda əsərlər var ki, onlar transliterasiya olunmayıb və buna görə də bu gün gənclərimiz üçün əlçatmazdır. XIX əsr rus ədəbiyyatı da müəyyən dərəcədə gənc nəsil üçün əlçatmaz oldu. İndi oxucular R.Mirzəzadənin yazdığı kitablardan rus klassikləri – yazıçı və şairlər haqqında dəyərli məlumatlar əldə edə biləcəklər. O, həmçinin rus pedaqoji fikrinin korifeyləri Uşinski, Makarenko, Suxomlinskinin əsərlərini də öyrənmişdir. Bu kitab Naxçıvan Ali Məclisinin qərarı ilə 10 min nüsxə tirajla nəşr edilmiş və bütün təhsil, elm və mədəniyyət ocaqlarında müzakirə olunmuşdur. Kitab mütaliəsi vacib olan ədəbiyyat siyahısına daxil edilib. L.Məmmədova R.Mirzəzadənin A.S.Qriboyedova həsr etdiyi kitabdan da danışdı. Çoxsaylı kitabxana ictimaiyyəti və oxucular adından Reyhan xanıma dərin minnətdarlığını bildirdi.

Təqdimat mərasimində qonaq qismində iştirak edən rusiyalı yazıçı, jurnalist, “Yunost” jurnalının baş redaktoru, Rusiya Dövlət Dumasının deputatı Sergey Şarqunov qeyd etdi ki, mənim qarşımda sizin gözəl kitablarınız var, onların hər biri tədqiqat əsəridir. Bu kitablar sizin zəhmətinizin bəhrəsidir, onlar əbədi olaraq xəzinə kimi qalacaq, nəsillərə ötürüləcək. Siz təkcə rus ədəbiyyatı, rus klassikləri haqqında deyil, Rəsul Həmzətov haqqında da kitab yazmısınız. Məni ədəbi dostluq ideyaları, Azərbaycan dramaturqu M.F.Axundovun və M.Y.Lermontovun dostluğu maraqlandırıb. Bir məsələni xüsusi qeyd etməliyəm ki, M.Y.Lermontov Azərbaycan dilini öyrənməklə təkcə Azərbaycanın təbiətini deyil, həm də Azərbaycan ədəbiyyatını və mədəniyyətini öyrənə bilmişdir. Çox istərdim ki, çox oxuyaq, çox öyrənək. O, dəvətə görə minnətdarlığını bildirdi.

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin Birinci katibi Pavel Kuznetsov bildirdi ki, rus klassiklərinə həsr olunmuş kitabların bir neçə təqdimatını keçirmişik. Mən çox şadam ki, XIX əsrdə yaşamış rus klassiklərimizin Azərbaycanla əlaqələri olub. Rus xalqının tarixində XIX əsr təkcə ədəbiyyatın deyil, həm də mədəniyyətin güclü inkişaf dövrü olmuşdur. Və o vaxt bizim çox güclü, məhsuldar ədəbi əlaqələrimiz var idi. Rus yazıçıları haqqında kitablar oxumaq, onların dilini, milli mədəniyyətini öyrənmək çox təqdirəlayiqdir. O, R.Mirzəzadəyə yaradıcılıq uğurları arzuladı.

Bakıdakı Rus Evinin direktor müavini Dmitri Yeqorov müəllifi yeni kitabın işıq üzü görməsi münasibətilə təbrik edərək, onun yaradıcılığının əvəzolunmaz olduğunu qeyd etdi. Biz Lermontovun əsərləri və şeirləri ilə böyümüşük. Rus Evində R.Mirzəzadənin Rəsul Həmzətov və A.N.Ostrovski haqqında kitablarının təqdimat mərasimləri böyük uğurla keçirilmişdir. Bunlar dəyərli əsərlərdir, yeni kitabların çıxmasını səbirsizliklə gözləyirik.

S.Vurğun adına Akademik Rus Dram Teatrının aktrisası Fəridə Nesterenko şairin 16 yaşında yazdığı “Mələk” şeirini söylədi.
Bakıdakı Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev çıxışına ürək sözləri ilə başladı: “Hər kəsə salam, məni belə mötəbər görüşə dəvət etmisiniz. R.Mirzəzadə öz kitablarında Azərbaycan xalqının sözlərini dilə gətirir. Dünya sənin kimi yaxşı insanların çiynindədir. Biz 15 ilə yaxındır ki, bir-birimizi tanıyırıq və bu illər ərzində bütün tədbirlərdə görüşəndə ​qohum insanlar olduğumuzun şahidi oluruq. Sizin parlaq ideyalarınız, biliyiniz, gündəlik səyləriniz, yorulmaz yaradıcılığınız belə gözəl kitablar yaradır. Sizin kitablar cəmiyyətin ehtiyac duyduğu kitablardır, sülhü, xalqlar arasında dostluğu bərqərar edən, möhkəmləndirən kitablardır. Həyatı yaradıcılığında görən Reyhan xanım belə yaşayır, onun həyat fəlsəfəsi ədəbiyyatdan keçir. Azərbaycanda yaşayan dağ yəhudilərinin öz dili var, amma biz Azərbaycan dilini sevirik və bu dildə danışırıq, Azərbaycan mətbəxini, Azərbaycan musiqisini sevirik. Allah Azərbaycan xalqını qorusun”.

Tanınmış yazıçı-publisist, kitabxananın Fəxri oxucusu Zöhrə Əsgərova R.Mirzəzadənin böyük alqışlara layiq olduğunu bildirib. Dahilərlə danışan bu qadın böyük işlər görür. Onun söhbətləri ədəbiyyatdır, xalqlar dostluğudur. Onun yazdığı kitablar böyük bir xəzinədir, bu kitabların dizaynı da ona məxsusdur. Heç kim ona demir ki, sən yaz, amma bu, onun Allaha olan sevgisindən irəli gəlir, onun həyat tərzidir. Kitab haqqında danışan Z.Əsgərova qeyd edib ki, rus ədəbiyyatında Lermontovun yaradıcılığı Puşkinin zəngin yaradıcılığından, fitri istedadından bəhrələnib. O, M.Y.Lermontov haqqında maraqlı məlumatlar verdi, onun şeirlərindən parçalar söylədi.

Bakıdakı Rus Evinin rəsmisi Lyubov Yakunina qeyd etdi ki, şərq musiqisinə, Azərbaycan ədəbiyyatına sevgisi böyükdür. O, dahi şəxsiyyətlərin yubileyləri ilə bağlı bədii ədəbiyyatın təbliği istiqamətində həyata keçirilən layihələrdən böyük məmnunluqla danışdı.
Xalq şairi Nəbi Xəzrinin oğlu Arzu Babayev çıxışında kitab haqqında dəyərli fikirlərini bildirdi. O, M.Y.Lermontovun əsərlərinin Nəbi Xəzri tərəfindən  tərcümə etməsindən danışdı, sevimli “Qafqaz” şeirini söylədi.

Publisist, ərəbşünas Fazil Abbasov (Güney) R.Mirzəzadənin rus klassiklərinin həyat və yaradıcılığının tədqiqi sahəsində böyük xidmətlərindən danışdı.

Şairə Zöhrə Qaraqızı qeyd etdi ki, Reyhan xanım rus dahilərinin yaradıcılığını təbliğ etməklə, o cümlədən rus dahilərinin Azərbaycan dilində oxunması üçün rus ədəbiyyatının zənginləşməsinə dəyərli töhfələr verir. O, özünün yazdığı və R.Mirzəzadəyə həsr etdiyi şeiri oxudu.
Kitabın müəllifi, publisist Reyhan Mirzəzadə bildirdi ki, mən əsərimdə rus xalqının fədakar oğullarının yaradıcılığını üzə çıxarmışam. Kitabı yazarkən Azərbaycan şairlərinin M.Y.Lermontova həsr etdiyi çoxlu şeirlər tapdım. Gənc nəsil ədəbiyyatı bilməlidir. Bilsinlər ki, Nəbi Xəzrinin, Əliağa Kürçaylının, Məmməd Arazın və b. Lermontov haqqında şeirləri var. Eyni zamanda şairlərimizin irsini üzə çıxarmaq istədim. Mən bizim və rus yazıçılarının birliyinə toxundum. Məsələn, A.S.Qriboyedovun Abbasqulu ağa Bakıxanovla dostluğunu göstərdim, M.F.Axundovun Lermontovla münasibətini öyrəndim, onların hər ikisi Puşkinin ölümünə cəsarətli, birbaşa çara ünvanlanmış şeirlər yazıblar. Rus şair və yazıçılarının yazdıqlarını üzə çıxarmaq istədim. Xalqım üçün əlimdən gələni etməyə çalışıram. Mən bu kitabı M.Y.Lermontovun yubileyinə hədiyyə etmək istədim.

Sonda kitabın müəllifi R.Mirzəzadə təqdimat iştirakçılarının çoxsaylı suallarını cavablandırdı və kitablarını paytaxt kitabxanalarına hədiyyə etdi.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

John Doe 3 gün əvvəl

AzTU ikinci dəfə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinə ev sahibliyi edib

AzTU ikinci dəfə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinə ev sahibliyi edib

John Doe 4 gün əvvəl

Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb

Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb

John Doe 6 gün əvvəl

Azərbaycanı sevən şotland şairinin şeirləri oxuculara təqdim edildi

Azərbaycanı sevən şotland şairinin şeirləri oxuculara təqdim edildi

John Doe 6 gün əvvəl

AzTU daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi

AzTU daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi

John Doe 6 gün əvvəl

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

Azərbaycan və Türkiyə prezidentləri Kəlb...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
• İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir +FOTO=4}

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısını...

16 may 2025 16:39:45
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com