28 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Qazaxıstan Rusiya ilə sərhəd keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb

Qazaxıstan Rusiya ilə sərhəd keçid məntəqəsini müvəqqəti olaraq bağlayıb

Ermənistan tranzit maneələrinin aradan qaldırılmasını vacib addım hesab edir

Ermənistan tranzit maneələrinin aradan qaldırılmasını vacib addım hesab edir

Ukrayna və Səudiyyə Ərəbistanı təhlükəsizlik müqaviləsi imzalayacaq

Ukrayna və Səudiyyə Ərəbistanı təhlükəsizlik müqaviləsi imzalayacaq

Kuba ABŞ və İsrailin İrana hücumlarını pisləyib

Kuba ABŞ və İsrailin İrana hücumlarını pisləyib

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda minaya düşən şəxs reanimasiyadadır

Ağdamda mina partladı

Ağdamda mina partladı

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

İttifaq Mirzəbəyli: Bir ağ bulud kimi ... zərif, ziyansız...

1 il əvvəl 279 01

İttifaq Mirzəbəyli:

Bir ağ bulud kimi ... zərif, ziyansız...

Yaxud, mən nə üçün professorun sözünü ağzında kəsdim?

Sənin 65 yaşın tamam olur, "əziz həmyerlim"! Təbrik edirəm! Bağışla ki, sənin həmin ifadəni mənimsəyirəm. Amma bu, plagiatlıq deyil. Sən mənə o qədər əziz həmyerlim demişdin ki. Mən ağdaşlı olmasam da, eyni dağların suyunu içdiyimizə görə həmişə elə deyirdin. Qərəz.

İki-üç il əvvəl çox hörmətli professorlardan biri sənin haqqında danışanda dedi ki: "Məmməd Xalqdan ayrılandan sonra..." Ardınca nə deyəcəyini gözləmədən və onun tituluna məhəl qoymadan sözünü kəsdim: "Xalqdan yox, "Xalq qəzeti"ndən!" Məmməd müəllim indi də xalqın arasındadır, gələcəkdə də elə olacaq. O, xalqdan ayrıla bilməz!". Professor dərhal düzəliş etmək istədi: " Mən də elə onu deyirəm da..."

Sən "Xalq qəzeti"ndən ayrılandan sonra Dədə Qorqud dastanında deyildiyi kimi, başımız çox müsibətlər çəkdi.

Hər halda 2008-ci ilin qara iyulundan sonra sənin haqqında bəlkə də 15-20 dəfə nə isə yazmışam. Çox təəssüf ki, 65 yaşına heç nə yaza bilmirəm. Deyəsən, Mirzəbəyli qocalır.

Yaxşı ki, sənin 60 yaşında "525-ci qəzet"də bir yazı vermişdim. Allah Rəşad Məcidə də, Yusif Rzayevə də kömək olsun! İndi həmin yazının bir hissəsini təkrar paylaşıram. Təbi ki, bu da plagiatçılıq deyil.

Bir ağ bulud kimi - zərif, ziyansız -- Məmməd Nazimoğlu-60

Yetmişinci illərin əvvəlləri idi. Onda hələ rayonda yaşayırdım. Atamla təsərrüfat işlərindən qayıdırdıq.

Tarladan evə çatana qədər beş-altı nəfərlə salamlaşdıq və görüşdüyümüz adamların bəziləri atamla söhbət etdilər. Eşitdiklərimin bir neçəsi ürəyimcə olmadı. Rastlaşdığımız adamların hamısı ya qohumlarımız, ya da qonşularımız idi. Amma çox fərqli düşüncələri var idi. Bu təəssüratımı atama bildirəndə dedi: - İnsanlar da bulud kimidir. Buludların biri narın yağış yağdırıb təbiəti sevindirir, birindən dolu yağıb yerdə şitilləri, ağacda meyvələri, quş yuvalarında körpə balaları məhv edir, biri leysan yağdırıb sel-daşqın törədir, biri də ağ bulud olur - eləcə ziyansız, xətərsiz, gözəl görünür.

Uşaqlar gördüklərinin, eşitdiklərinin hamısını yaddaşında saxlayırlar. Atamın həmin sözləri də beynimə yazıldı. Hər dəfə hansısa yaxşı adamla rastlaşanda və ya kimdənsə pislik görəndə dərhal bulud məsələsi yadıma düşür. Məmməd Nazimoğlu həmin buludların ən ağı, ən safı, ən ziyansızı və ən gözəli idi. Onun dolu yağdırdığını da görən olmadı, daşqın yaratdığını da, zığ-palçıq törətdiyini də. Və tam qətiyyətlə deyə bilərəm ki, bütün bunlar onun hünəri deyildi. Ona Allah çoxsaylı qabiliyyətlər vermişdi. Onu Allah sevmişdi və seçmişdi. Bəlkə elə ona görə də ulu dərgaha hamımızdan tez getdi.

İnanmaq olmur. O boyda yaradıcı insanın sadədən də sadə, adidən də adi bir tərcümeyi-halı var... 1959-cu ilin sentyabrında Ağdaş rayonunun Qobuüstü kəndində doğulmuşdu. 1983-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmiş, Azərbaycanın ilk müstəqil nəşrlərindən olan "Aydınlıq" qəzetinin yaradıcılarından biri olmuşdu. "Xalq qəzeti"nin baş redaktor müavini, "Ulus" qəzetinin baş redaktoru, "Avropa", "Yeni Müsavat", "Azadlıq", "Şans", "525-ci qəzet" qəzetlərinin yazarı, ANS telekanalında efirə gedən "Qulp" verilişinin müəlliflərindən biri, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru olmuşdu.

Bu tərcümeyi-halda xüsusilə qabardılmalı iki məqam var. Birinci məqam o idi ki, Məmməd üçün iqtidar-müxalifət ifadələri demək olar ki, heç bir əhəmiyyət kəsb etmirdi. Elə çalışdığı mətbuat vasitələrinin adı da həmin həqiqətdən xəbər verirdi. O, iqtidarın da səhvlərini göstərirdi, müxalifətin də. O, iqtidarın uğurlarını qiymətləndirməyi bacardığı kimi, müxalifətin də az-çox nailiyyəti olduğunu söyləyəndə ədalətli idi. O, əsl vətəndaş mövqeyini ortaya qoyur, təkcə jurnalist kimi deyil, həm də xalqın mənafeyini qoruyan ziyalı kimi danışmağı, yazmağı bacarırdı. Onu iqtidar mənsublarının da hamısı sevə-sevə oxuyurdu, müxalifət təmsilçiləri də.

Yadımdadır, Məmmədin vəfatından sonra haqqında foto-albom, eləcə də İlham Abbasovun tərtibi və redaktəsi ilə "Mənim bir dostum vardı" adlı xatirə kitabı nəşr olunmuşdu. Həmin kitabın təqdimatında həm iqtidaryönlü, həm də müxalifət mətbuatını təmsil edən jurnalistlər ürək sözlərini elə səmimiyyətlə dedilər ki, mən beş-altı il Məmməd Nazimoğlu ilə eyni kollektivdə işlədiyimə və "yerli" olduğumuza görə fəxr etdim. Xatırladım ki, o, heç zaman məni öz adımla çağırmır, həmişə "əziz həmyerlim" - deyə, müraciət edirdi. Hərçənd, mən Bakıya Ağdaşdan deyil, Qəbələdən gəlmişəm.

Yeri gəlmişkən, o tədbirdə mənə də söz vermişdilər. Həmin günlərdə ölkə televiziyalarında "Bizi birləşdirən dəyər" adlı reklam gedirdi. Televiziyalardakı həmkarlarımız həmin dəyərin nədən ibarət olduğunu deməsələr də, reklam iki-üç ay davam etdi. Mən öz çıxışımda həmin reklamı yada salaraq dedim ki, bizi -- Azərbaycan jurnalistlərini birləşdirən dəyər məhz Məmməd Nazimoğludur. Çünki həm iqtidar mətbuatındakı, həm də müxalifət qəzetlərindəki bütün qələm sahibləri Məmməd Nazimoğluna öz qardaşı, doğması kimi baxırdı. Bu uğuru hər jurnalist bacara bilməz və bacarmadı.

Məmmədin tərcümeyi-halından qabartmaq istədiyim ikinci məqam isə onun tutduğu vəzifələr və həmin vəzifələrin fonunda nümayiş etdirdiyi sadəlik, səmimiyyət idi. O, qəzet redaktoru da olmuşdu, "Xalq qəzeti" kimi mötəbər mətbuat vasitəsində baş redaktorun birinci müavini də, Söz Azadlığını Müdafiə Fondunun icraçı direktoru da. Amma həmin vəzifələrin heç biri Məmməd Nazimoğlunu bir misqal belə dəyişə bilməmişdi. Hamımızdan yaxşı jurnalist olduğu ilə fəxr etmədiyi kimi, adı çəkilən vəzifələri daşımasını da qətiyyən üstünlük, kmdənsə qabaqda olmaq kimi qəbul etmirdi. Bu isə şəxsiyyətin daxili təmizliyindən, mənəvi saflığından qaynaqlanan keyfiyyətlər idi.

Bu məqamda günümüzün bir reallığından da söz açaq. Üç il qabaq yaradılmış hansısa saytın baş redaktorunun forsu, hikkəsi ətrafımızda qasırğa kimi əsir. Onda dərhal Məmmədə rəhmət oxuyuram."

Ad günün mübarək, gözəl insan, böyük jurnalist!

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Aynur Haqverdi: Gəl, yenə mənim ol da

Aynur Haqverdi: Gəl, yenə mənim ol da

John Doe 1 gün əvvəl

Bəhram Şəms: Dəmlənirəm gözlərimdə qəm kimi

Bəhram Şəms: Dəmlənirəm gözlərimdə qəm kimi

John Doe 1 gün əvvəl

Qulu Məhərrəmli: Seyran Səxavət xalq dilinə yaxın bir tərzdə yazır və elə o cür də şirin danışır

Qulu Məhərrəmli: Seyran Səxavət xalq dilinə yaxın bir tərzdə yazır və elə o cür də şirin danışır

John Doe 2 gün əvvəl

Kərim Kərimli: QƏRİBƏ ADAM

Kərim Kərimli: QƏRİBƏ ADAM

John Doe 2 gün əvvəl

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

Cəmil Həsənli: Bu "Mənzərə"ni rəssam fırçası ilə çəkən şair Ağacəfər Həsənlidir

John Doe 3 gün əvvəl

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

Vaqif Bəhmənli: YAZ NAXIŞLARI

John Doe 3 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com