MEK-ə dövlətçiliyə dair dəyərli nəşrlər daxil olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) müəlliflər tərəfindən dövlətçiliyə dair dəyərli nəşrlər daxil olub.
Təqdim edilən kitablar sırasında akademik İsa Həbibbəylinin “Kitabi-Dədə Qorqud” eposu: Heydər Əliyevdən - İlham Əliyevə”, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nəşr olunan Azərbaycan Yazıçılar Birliyində şair- jurnalist Gülşən Behbudun “100 ilin İmzası”, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum gününə həsr olunmuş Arzu Fərəcovanın “Zamana sığmayan ömür (hər birimiz üçün “Bizim Mehriban”)”, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) tərtibatında nəfis şəkildə dərc edilmiş “Sərkərdənin silahdaşı” kitab-albomu yer alıb.
Nəşrlərdə Heydər Əliyev epoxasından, “Kitabi-Dədə Qorqud” eposunun dünyada təbliğindən, ölkədaxili və beynəlxalq layihələrdən, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan zəfərdən, suverenliyimizin tam bərpası, dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifahının yüksəlməsinə yönəlmiş əsas fəaliyyət istiqamətlərindən bəhs olunur.
Qeyd edək ki, sözügedən nəşrlər MEK-in sərgi salonundakı daimi sərgilərdə nümayiş olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.