02 iyun 2025
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

Ermənistan və Böyük Britaniya 2027-ci ilə qədər müdafiə sahəsində əməkdaşlıq proqramı imzalayıb

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Faiq İsmayılov: Xənəzək kəndininin açılmamış sirləri...

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Məhkəmə: Gəncənin bombalanması Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə həyata keçirilib

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Zərərçəkmiş: Ermənistan Silahlı Qüvvələrinin “Smerç” raketinin buraxılması nəticəsində xəsarət almışam

Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Azərbaycana qarşı hərbi cinayətlərdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Rinoseptoplastikadan sonra xəstənin ölümünün araşdırılması başa çatıb

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Böyük Qələbəyə gedən yolun başlanğıcı - Aprel döyüşlərinin 9-cu ildönümü

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Əliməmməd Nuriyev: Azərbaycanda təhlükəsizlik orqanları müasir çağırışlara necə cavab verir?

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Azərbaycan sərhədçiləri İrandan narkotik daşıyan pilotsuz uçan aparatı vurublar

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Müdafiə Nazirliyi iki əsgərin uçqun altında qalması ilə bağlı məlumat yayıb

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Şərqin ilk demokratik dövləti- Azərbaycan Xalq Cümhuriyyəti

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Müstəqilliyimizin 107-ci ildönümü qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

Ağcabədidə “28 May – Müstəqillik Günü” qeyd olundu

28 May – tarixımizin şanlı səhifəsi

28 May – tarixımizin şanlı səhifəsi

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
1. Ana Səhifə
2. Elm və Təhsil
MEDIA DƏSTƏYİMİZ Elm və Təhsil

Bakı Dövlət Universitetinin yaşıdı – Filologiya fakültəsi

9 ay əvvəl 224 01

Bakı Dövlət Universitetinin yaşıdı – Filologiya fakültəsi

1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qərarı ilə Bakı Dövlət Universitetinin (BDU) təsis edilməsi milli düşüncə tariximizdə yeni bir mərhələ açdı, xalqımızın elm-maarif yoluna qədəm qoymasında, onu bu istiqamətdə arxasınca aparacaq ixtisaslı kadrların formalaşmasında həlledici oldu. Bu əlamətdar hadisə bir çox elm sahələrinin, o cümlədən, Azərbaycan filologiyasının təşəkkülünə güclü təkan verdi.  Bakı Dövlət Darülfünunu ilkin olaraq Tarix-filologiya fakültəsi (Tarix və lisanə fakültəsi) şəklində təşkil olunmuşdu, deməli, Filologiya fakültəsi BDU-nun yaşıdıdır. 1923-1924-cü tədris ilindən Tarix-filologiya fakültəsi İctimai elmlər fakültəsinə, 1924-1925-ci tədris ilindən İctimai elmlər fakültəsi Pedaqoji fakültəyə çevrilmişdi. 1925-1926-cı tədris ilinin əvvəlində Pedaqoji fakültədə Dil-ədəbiyyat şöbəsinin fəaliyyəti dayandırıldı. İndiki Azərbaycan dili və ədəbiyyatı şöbəsi isə Şərq fakültəsinin Lisaniyyat şöbəsinin müstəqil bir bölməsi kimi öz fəaliyyətini Azərbaycan SSR Xalq Komissarları Sovetinin 19 iyun 1930-cu il tarixli qərarınadək - Azərbaycan Dövlət Universitetinin müxtəlif institutlara çevrilməsinədək davam etdirdi. 1934-1935-ci tədris ilində Azərbaycan Dövlət Universiteti yenidən fəaliyyətə başlasa da, Filologiya fakültəsi yalnız 1939-cu ilin avqustundan açıldı. Fakültədə mütəxəssis hazırlığı iki ixtisas - Azərbaycan dili və ədəbiyyatı, Rus dili və ədəbiyyatı ixtisasları üzrə aparılırdı.
BDU-nun Şərqşünaslıq, Jurnalistika, İnformasiya  və sənəd menecmenti fakültələri vaxtilə Filologiya fakültəsinin tərkibindən ayrılaraq sonralar müstəqil fakültələrə çevriliblər. Müxtəlif illərdə fakültəyə prof.A.V.Baqri, prof.M.Şirəliyev, dos.H.Səmədzadə, dos.C.X.Hacıyev, dos.M.C.Cəfərov, prof.Ə.Sultanlı, dos.M.Hüseynzadə, dos.S.Əliyev, prof.Ə.Abdullayev, prof. A.Axundov, prof.Ə.Ağayev, prof.F.Hüseynov, prof.A.Hacıyev, prof.N.Cəfərov, prof. Q.Namazov, prof.E.Əzizov, dos.M.Vəliyev rəhbərlik ediblər. 2016-cı ildən fakültənin dekanı filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Hüseyn oğlu Məmmədovdur.
Bu gün Filologiya fakültəsi təhsilalanların və professor-müəllim kontingentinin sayına və elmi-pedaqoji potensialına görə BDU-nun aparıcı fakültələrindən biridir.  Fakültədə 3 səviyyə üzrə kadr hazırlığı aparılır:
Bakalavriat səviyyəsində Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Xarici dil müəllimliyi (Alman dili müəllimliyi), Xarici dil müəllimliyi (Fransız dili müəllimliyi), Dil və ədəbiyyat müəllimliyi (Rus dili və ədəbiyyatı müəllimliyi) ixtisaslarında kadrlar yetişdirilir;
Magistratura səviyyəsində Azərbaycan dili və ədəbiyyatı müəllimliyi və Filologiya ixtisaslarında 14 ixtisaslaşma - Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası, Azərbaycan ədəbiyyatı, Ədəbiyyatşünaslıq (ədəbiyyat nəzəriyyəsi), Ədəbiyyatşünaslıq (ədəbi tənqidin nəzəriyyəsi və tarixi), Ədəbiyyatşünaslıq (folklorşünaslıq və mifologiya), Ədəbiyyatşünaslıq (dünya ədəbiyyatı), Ədəbiyyatşünaslıq (türk xalqları ədəbiyyatı), Ədəbiyyatşünaslıq (rus ədəbiyyatı üzrə), Azərbaycan dili, Dilşünaslıq (ümumi dilçilik), Dilşünaslıq (türkologiya), Dilşünaslıq (rus dili üzrə), Dilşünaslıq (alman dili üzrə), Dilşünaslıq (fransız dili üzrə) kadr hazırlığı həyata keçirilir.
Doktorantura səviyyəsində həm fəlsəfə doktoru, həm də elmlər doktoru hazırlığı Dil nəzəriyyəsi, Azərbaycan dili, Slavyan dilləri, Türk dilləri, Müqayisəli-tarixi və müqayisəli-tipoloji dilçilik, Ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid və təhlil, Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı, Dünya ədəbiyyatı, Folklorşünaslıq ixtisasları üzrə aparılır.
Filologiya fakültəsinin əsas elmi tədqiqat istiqamətləri və prioritet məsələlərinə dilçiliyin və ədəbiyyatşünaslığın inkişaf perspektivlərinin müəyyənləşdirilməsi - nəzəri və praktik dilçilik tədqiqatlarının aparılması, qohum və qohum olmayan dillərin müqayisəli tədqiqi, ümumi dilçilik məsələləri, həmçinin şifahi və yazılı ədəbiyyat, klassik və müasir ədəbi proseslər, mühacirət ədəbiyyatı, ədəbiyyat nəzəriyyəsi və ədəbi tənqid, müqayisəli ədəbiyyatşünaslıqla bağlı araşdırmaların aparılması aiddir.
Fakültədə 15 kafedra və 4 elmi-tədqiqat laboratoriyası (ETL) fəaliyyət göstərir:
Azərbaycan dilçiliyi kafedrası (1939) nəzəri kafedra kimi dilin bütün yarusları üzrə aktual problemlərin tədqiqi, Azərbaycan dilinin fonetikası, leksikası, qrammatik quruluşu, nitq mədəniyyəti və üslubiyyatı məsələlərinin araşdırılması və tədrisi sahəsində ixtisaslaşıb.
Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası kafedrası (1965) tədrisin təşkili ilə yanaşı, dilçi-metodist kadrların hazırlanması ilə məşğul olur. Kafedranın elmi-tədqiqat istiqaməti Azərbaycan dili və ədəbiyyatının tədrisinin tarixi, metodikası, qrammatik təhlilin nəzəri və metodik əsasları üzrə tədqiqatlarla müəyyən olunur.
Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının (2014) fəaliyyətində  Azərbaycan dili və nitq mədəniyyətinin praktik məsələləri, nitq mədəniyyətinin formalaşdırılması, Azərbaycan dilinin üslub xüsusiyyətlərinin tətbiqi aspekti aparıcıdır.
Azərbaycan ədəbiyyatı tarixi kafedrasının (1939) əsas pedaqoji və elmi istiqamətini klassik və müasir Azərbaycan ədəbiyyatının tədrisi və onun aktual problemlərinin tədqiqi təşkil edir.
Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrası (1989) folklorun tədrisi, aktual problemləri, Azərbaycan mifologiyası, Azərbaycan folklorunun digər dillərə tərcüməsi, ozan-aşıq sənəti və s. mövzularda elmi-tədqiqat işləri ilə məşğul olur.
Dünya ədəbiyyatı kafedrasının (1939) elmi-pedaqoji profili dünya ədəbiyyatı tarixi, müqayisəli ədəbiyyat, tərcümə nəzəriyyəsi istiqamətlərində tədrisin və tədqiqatların aparılması ilə müəyyən olunur.
Türkologiya kafedrası (1969) türk dilləri, türk xalqları ədəbiyyatı, Azərbaycan dilinin tarixi və dialektologiyası, qədim və müasir türk yazılı abidələrinin dili istiqamətləri üzrə araşdırmaların aparılması ilə məşğul olan ixtisaslaşmış kadrlardan təşkil olunub.
Ümumi dilcilik kafedrasının (1920) əsas elmi-pedaqoji fəaliyyəti dilçilik tarixi, dil nəzəriyyəsi  və müqayisəli dilçilik istiqamətindədir.
Filologiya fakültəsində Azərbaycan bölməsi ilə paralel fəaliyyət göstərən rus bölməsində tədris və elmi araşdırmalar aşağıdakı kafedraların bazasında reallaşır:
Rus dilçiliyi kafedrasında (1939) rus dilinin tarixi, müasir rus dili, rus dilçiliyi tarixi, onomastika, rus dilinin tədrisi metodikası istiqamətlərində tədqiqatlar aparılır.
Rus ədəbiyyatı tarixi kafedrasında (1920) rus ədəbiyyatının inkişaf mərhələləri və Azərbaycan-rus ədəbi əlaqələri əsas araşdırma istiqamətini təşkil edir.
Fakültədə xarici dillərin tədrisi də uğurla həyata keçirilir:
Alman və fransız dilləri kafedrası (2001) bu dillərin tədrisi, fonetikası, leksikologiyası və qrammatikası üzrə elmi-tədqiqat işləri ilə məşğul olur.
Rus dili (humanitar fakültələr üzrə) kafedrasında (1919)  BDU-nun humanitar fakültələrində rus dilinin tədrisi ilə yanaşı, rus dilinin tarixi və tədrisi metodikası sahəsində tədqiqatlar aparılır.
Rus dili (təbiət fakültələri üzrə) kafedrasının (1972) fəaliyyətində rus dilinin tədrisi fonunda rus dilçiliyinin nəzəri məsələləri, rus dilinin tədrisinin metodikası istiqamətləri elmi-tədqiqat planında önə çıxır.
İngilis dili (təbiət fakültələri üzrə) kafedrası (1922) BDU-nun ingilis dili fənninin praktik tədrisi ilə məşğul olmaqla yanaşı, ingilis dilinin tədrisi metodikası və dillərin müqayisəli araşdırılması istiqamətlərində elmi-tədqiqat işləri ilə də məşğul olur.
İngilis dili (humanitar fakültələr üzrə) kafedrasında (2011) ingilis dilinin tədrisi əsas istiqamət olsa da, dil nəzəriyyəsi və müqayisəli dilçilik aspektində elmi araşdırmalar da aparılır.
Fakültədə fəaliyyət göstərən elmi-tədqiqat laboratoriyalarının fəaliyyətləri filologiyanın prioritet istiqamətlərinə müvafiq olaraq müəyyən edilir; “Azərbaycan dilinin tətbiqi məsələləri” ETL-də qloballaşma şəraitində Azərbaycan ədəbi dilinin müasir vəziyyəti fonunda tətbiqi problemlərinin araşdırılması, “Azərbaycan mühacirət ədəbiyyatı və bədii tərcümə” ETL-də millətlərin qarşılıqlı inteqrasiyasında bədii tərcümənin rolu və mühacirət ədəbiyyatı nümayəndələrinin ədəbi-bədii  yaradıcılığı, “Dədə Qorqud” ETL-də  “Kitabi-Dədə Qorqud” eposunun tədqiqi tarixi və folklor məsələləri, “Türkoloji araşdırmalar” ETL-də türkologiyanın aktual problemləri, Avropa və Asiya ölkələrində türk dillərinin öyrənilməsi istiqamətində araşdırmalar aparılır.
BDU-nun bu kafedralarının professor-müəllim heyəti bir əsrdən artıq dövr ərzində Azərbaycan filologiyasının inkişafına əvəzsiz töhfələr verib. Müxtəlif dönəmlərdə BDU-nun ayrı-ayrı alimlərinin ardıcıl fəaliyyətinin nəticəsi kimi respublikamızda filoloji fikrin inkişafında mühüm rol oynamış bir neçə elmi-pedaqoji  məktəb – “Ümumi dilçilik və türkologiya”, “Azərbaycan dilinin tarixi”, “Azərbaycan dialektologiyası”, “Azərbaycan dilçiliyi”, “Şifahi xalq ədəbiyyatı”, “Klassik Azərbaycan ədəbiyyatı”, “XIX əsr Azərbaycan ədəbiyyatı”, “XX əsr Azərbaycan ədəbiyyatı və ədəbiyyat nəzəriyyəsi”, “Rus ədəbiyyatı və ədəbi tənqid”, “Rus dilçiliyi”, “Dünya ədəbiyyatı” akademik məktəbləri yaranıb. Bu elmi-pedaqoji məktəblər Filologiya fakültəsinin BDU-nun 105 illik fəaliyyəti boyu əldə etdiyi ən böyük nailiyyət, gələcək nəsillərə qoya biləcəyi ən zəngin irsdir. Həmin akademik məktəblərin yaradıcıları və əsas nümayəndələrinin elmi-pedaqoji fəaliyyəti onların davamçıları üçün örnək olub, neçə-neçə gənc alimin həyat yoluna işıq tutub.
BDU-da həm dilçilik, həm də ədəbiyyatşünaslıq istiqamətlərində yaranmış akademik məktəblər sübut edir ki, Filologiya fakültəsində irs-varislik əlaqələri möhkəm təməl üzərində qurulub. Bu isə Filologiya fakültəsinin 105 illik fəaliyyəti ərzində formalaşmış elmi-pedaqoji məktəblərin mövcud ənənələrini gələcəkdə də davam etdirəcəyinə, müasir innovativ çağırışlar kontekstində təkmilləşdirəcəyinə, çağdaş dünyamızın tələblərinə cavab verən yeni-yeni ixtisaslı kadrlar və alimlər nəsli yetişdirəcəyinə və BDU-nun 105 illik yubileyini yeni uğurlarla qarşılayacağına inam yaradır.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir

John Doe 3 gün əvvəl

AzTU ikinci dəfə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinə ev sahibliyi edib

AzTU ikinci dəfə “İnnovativ və yaradıcı həllərin tapılması” adlı beynəlxalq startap müsabiqəsinə ev sahibliyi edib

John Doe 4 gün əvvəl

Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb

Azərbaycanın müdafiə sənayesi üçün kadr hazırlığı sahəsində mühüm sənəd imzalanıb

John Doe 6 gün əvvəl

Azərbaycanı sevən şotland şairinin şeirləri oxuculara təqdim edildi

Azərbaycanı sevən şotland şairinin şeirləri oxuculara təqdim edildi

John Doe 6 gün əvvəl

AzTU daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi

AzTU daha bir beynəlxalq tədbirə ev sahibliyi etdi

John Doe 6 gün əvvəl

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

Uşaq yazıçısı Gülzar İbrahimova Gəncə-Daşkəsən regionunun oxucuları ilə görüşləri keçirildi

John Doe 6 gün əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Azərbaycan və Türkiyə prezidentləri Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə tanış olublar

Azərbaycan və Türkiyə prezidentləri Kəlb...

28 may 2025 13:18:39
• ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakistanın Baş naziri ilə nahar əsnasında geniş tərkibdə görüşü olub}

ÖTƏN GÜNÜN XRONİKASI: Laçında Prezident İlham Əliyevin Pakis...

28 may 2025 10:58:48
• Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməyə hazırlaşır}

Laçın şəhəri MDB-nin mədəniyyət paytaxt statusunu qeyd etməy...

28 may 2025 10:43:12
• İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edir +FOTO=4}

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısını...

16 may 2025 16:39:45
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com