Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti,
İqtisad üzrə fəlsəfə doktoru
14 İYUL TARİXİNİN İŞIĞINDA NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ:
TƏLƏBƏR ÜÇÜN GÖRÜLƏN İŞLƏR,
ÖVLADLARI ÜÇÜN AZUQƏ TOPLAYAN VALİDEYNLƏRİ XATIRLADIR
Xalqmızın ümummilli lideri Heydər Əliyevin əsaslarını müəyyən etmiş olduğu milli təhsil siyasətinin güclü əsasları, öz başlanğıcını məhz 14 iyul 1969-cu il tarixindən götürməkdədir. Həmin qızıl illərin ölkəmizə bəxş etmiş olduğu nailiyyətlər içərisində uğurlu təhsil siyasətinin müəyyən olunması, təhsil infrastrukturunun yaradılması, təhsil sahəsində ən yeni nailiyyətlər üçün etibarlı mühitin yaradılmasından ibarət olmuşdur. Milli liderin rəhbəriliyi ilə bütün illər ərzində ölkənin bütün ali məktəbləri tarixi inkişaf yolu keçmiş, milli kadrların hazırlanması sahəsində önəmli nailiyyətlər əldə olunmuşdur. Təbii olaraq, həmin ali məktəblərdən biri olaraq da, Naxçıvan Dövlət Universitetinin adını qürurla qeyd etmək olar. Ulu öndər Heydər Əliyev fəaliyyəti dövrlərində, müxtəlif vaxtlarda, daha doğrusu, 1974-cü ildə bir dəfə, 1992-ci ildə iki dəfə və 1999-cu ildə bir dəfə olmaqla, bütövlükdə, dörd dəfə Naxçıvan Dövlət Universitetində olmuşdur.
Hələ, 13 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan dahi Heydər Əliyev Naxçıvan Dövlət Universitetinin 25 illik yubileyi münasibətilə bu ali məktəbin akt zalında təntənəli yığıncaqda iştirak və çıxış etmişdir. Milli lider, universitetin professor-müəllim heyətini və tələbə kollektivini əlamətdar yubiley münasibətilə səmimi təbrik edərək demişdir ki, Naxçıvan çox qədim tarixə malik bir diyardır. Bu torpaqda əsrlər boyu böyük-böyük şəxsiyyətlər yetişmiş, dünya mədəniyyətini zənginləşdirən, dünya elminə böyük töhfələr verən alimlərimiz olmuşdur. Naxçıvanda ali təhsil məktəbinin əsası isə ilk dəfə 25 il bundan əvvəl qoyulmuşdur. Bu ali məktəbin yaranması və 25 illik fəaliyyəti Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında, mədəniyyətində, sosial həyatında böyük rol oynamış, o, Azərbaycan Respublikasının yüksək ixtisaslı kadrlarla təmin olunmasına öz töhfəsini vermişdir.
Məhz Naxçıvan Dövlət Universiteti, bu gün də həmin qayğının işığında, həmin gücün təsirində, həmin dəstəyin uğurlarında yeni hədəflərini müəyyən etmiş və onu qətiyyətlə reallaşdırmaqdadır.
Azərbaycan Respublikasında, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də, məqsədyönlü, düşünülmüş və uzaqgələcəyə hesablanan tədbirlər həyata keçirilməkdədir. Həmin tədbirlər, davamlı islahatlar müstəvisində mümkün olmaqla, daha müasir, daha çağdaş və daha etibarlı tədris imkanlarının yaradılması, bundan gənc nəslin, daha doğrusu, tələbələrin dolğun olaraq yararlanması və bütün tərəflərinə görə dayanıqlı olması ilə xarakterizə oluna bilər. Təbii olaraq, bəhs olunan proseslərin gedişində ali təhsil müəssisələrinin özlərinin də yeni fəaliyyət proqramlarının olması, onlardan mill təhsilin bütün yeniliklərinə dəstək olacaq istiqamətdə düzgün istifadə olunması və dünya tədris proseslərinə inteqrasiya olunması məsələlərinə səmərəli yanaşılması kimi meyarlar daha da aktuallıq qazanmaqdadır.
Həmin proseslərin səmərəli təşkili və idarə olunmasında ali məktəblərin tələbəyönümlü təhsil mexanizmlərinin düzgün qurulması, ixtisaslaşmanın və araşdırma əlçatanlığının etibarlılığının təmin olunması, modern tədris üzrə bütün imkanların yaradılması və digər məsələlər özünü göstərməkdədir. Əlbəttə ki, bütün bunlarla yanaşı, təhsil sahəsində:
- mövcud proseslərin düzgün təhlil olunma bacarıqlarının əhatəli, əsaslandırılmış, və yüksək səviyyədə olması;
- elm və təhsilin ayrı-ayrılıqda perspektivliliyinin təmin olunması və onun vəhdət halında düzgün istiqamətləndirilməsi;
- tədris proseslərinin sistemliliyinin və alternativlik xüsusiyyətlərinin nəzərə alınmaqla, etibarlı təsisatların yaradılması;
- səmərəli ideya və təşəbbüslərdən ibarət olan layihələrin həyata keçirilməsi üçün faydalı mühitin yaradılması;
- nəticə etibarı ilə, bəhs olunan məsələlərin təşəkkülü məqsədilə, uğurlu təşkilatçılıq bacarıqlarına malik olunması olduqca əhəmiyyətli görünməkdədir.
Təbii olaraq, bütün bunlar, xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyən etmiş olduğu həmişəyaşar ideyaların reallaşması nəticəsində mümkün oldu və bu, bütün tərəflərinə görə, ölkənin fəaliyyəti müasir təhsil imkanları ilə tənzimlənmiş olan bütün ali məktəblərinin idarə olunmasında özünü göstərə bildi.
Belə bir mərhələdə, qalib ölkənin inkişaf etmiş ali məktəbi olaraq, Naxçıvan Dövlət Universitetinin timsalında daha uğurlu nəticələr əldə olunmaqdadır. Artıq son beş ilə yaxın bir müddət ərzində uğurlardan uğurlara imza atmaqla, ölkənin milli təhsil siyasətinin hərəkətverici qüvvəsinə çevrilmiş olan NDU, ideyadan nəticəyə, elmdən təhsilə, təhsildən ixtisaslaşmaya, əməkdaşlıqdan işbirliyinə, regional və milli təhsilin düzgün əlaqələndirilməsinə qədər əsaslı yol qət etmişdir. Həmin yola nəzər saldıqda, aydın olur ki, ali məktəbimiz, sadəcə olaraq, gənc nəslin bir inzibati binanın daxilində ali təhsil barəsində təsdiqləyici sənəd vermir, eyni zamanda, hazırlamış olduğu mütəxəssislərin əmək bazarının dəyişən tələblərinə uyğun olmasına maraq göstərir, onların həm də, beynəlxalq təhsilalma imkanlarını daha da genişləndirmiş olur. Bununla yanaşı, tərəfdaş olduğu, bir çox qabaqcıl universitetlərin həm təcrübəsini öyrənir, həm onlarla müəllim və tələbə mobilliyini təmin etməyi bacarır və həm də, özü bu sahədə bir model ortaya qoymaqdadır.
Naxçıvan Dövlət Universiteti, tələbələrinin himayədarı olaraq, onların hər biri üçün uğurlu perspektiv, aydın gələcək və nüfuzlu mövqe təmin etməkdədir. İkili diplom layihələrinin həyata keçirilməsi, universitetlər arası təcrübələrin öyrənilməsi, yeniliklərin tərəfdarı olan elmə və daha modern təhsilə yanaşmanın tələbələr üçün açıq olması, Naxçıvan Dövlət Universitetinin prioritetlərini, hədəflərini və məqsədlərini həm təşkil edir, həm də bunlar üçün dayanıqlı zəminlər yaratmaqdadır.
Artıq dünya elmi, təkcə nəzəriyyə üzərində dayanmayıb, onun istehsalata, təcrübəyə tətbiqi məsələlərini və bu da azmış kimi, yeni hədəflərin müəyyən olunması məqsədlərini tələb etməkdədir. Təbii olaraq, elmdə son yoxdur. Artıq bu gün üçün yenilik olan hər hansı bir qənaət, sabah üçün köhnəlmiş ola bilir. Çünki, yeni tələblər, yeni çağırışlar, yeni yanaşmalar, yeni baxışlar və yeni də nəticələr mövcud olmaqdadır. Belə bir məqamda, bütün ali məktəblər, aktual olaraq, dünya elminin hər an üzrə yeniliklərini izləməli, onun bütün mərhələlərini diqqətə almalı, yetərli və yetərsiz olan tərəflər incəliklə və ustalıqla təhlil oluna bilməli və eyni həssaslıqla da, nəticələr əldə olunmalıdır.
Məhz Naxçıvan Dövlət Universiteti malik olduğu potensialla, idarəçilik xüsusiyyətləri ilə, layihələri və reallaşma təsisatları ilə, ən başlıcası isə, onlardan düzgün və məqsədyönlü istifadə olunma keyfiyyətləri ilə, bütün bu mərhələləri düzgün əlaqələndirməyi bacarmış və təbii olaraq, onların hər biri tələbələrin təhsil imkanlarının daha da şaxələnməsinə hesablanmışdır.
Ali məktəbimiz geridə qalan beş ilə yaxın dövr ərzində ev sahibliyi etmiş olduğu Beynəlxalq Forumlarla, Konfranslarla, Festival Kongreslərlə, Simpoziumlarla, bir sözlə, Azərbaycan elminin, tədrisinin, təhslinin bütün sahələrinin balanslı, tarazlaşdırılmış və düzgün tənzimlənməsinə xidmət edən tədbirlərlə həm də, ictimai və siyasi sabitliyimizə, sosial dayanıqlılığa, iqtisadi inkişafa, mədəni və hüquqi mühitin daha da yaxşılaşmasına öz töhfələrini verməkdədir. Bu tədbirlərin hər birində, elmi mühitin dəyərli imzaları, sosial sferanın tanınmış mütəxəssisləri, diplomatiya sahəsinin aparıcı nümayəndələri və digər qürurverici təmsilçilərin qatılması, bütün tərəflərinə görə Naxçıvan Dövlət Universitetinin gücünə yeni güc qatmaqdadır. Bunu elə universitetimizin təşkilatçılığı və ideya müəllifliyi ilə 2023-cü ilin noyabr ayında birincisi, 2024-cü ilin iyun ayında isə ikincisi uğurla keçirilmiş olan “Qərbi Azərbaycana qayıdış” festival-konqres bir daha göstərmiş oldu. Bununla da, bir daha aydın oldu ki, ali məktəbimiz, ölkəmizin milli maraqlarının qorunması, ulu öndərimizlə başlanan tarixi Qayıdışın, ərazi bütövlüyümüzə verdiyi nəfəslə davam etməsi sahəsindəki dövlət siyasətinə mühüm töhfələrini verməkdədir.
Son beş ilə qədər olan bir müddət ərzində Naxçıvan Dövlət Universitetinin istər ölkəmizin ali məktəbləri ilə, istərsə də, beynəlxalq sahədə ali təhsil müəssisələri ilə əməkdaşlıqları kifayət qədər inkişaf etmişdir. Bu sahədəki əməkdaşlıqlar, bütün tərəflərinə görə, yalnız tələbələrin və pedaqoji heyətin daha faydalı və daha səmərəli fəaliyyət mühitinin yaradılmasına birbaşa xidmət etmiş və müəyyən olunan hədəflərin əlçatan olması ilə nəticələnmişdir.
Hazırda Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyətinin qardaş Türkiyə Cümhuriyyətinin nüfuzlu ali təhsil müəssisəsi olan Hacettepe Universitetinə səfərdə olması, məhz bu tədbirlərin məntiqi və gerçək davamı olaraq, əhəmiyyətlidir. Həmin səfər, bir tərəfdən, ali məktəblər arasındakı əməkdaşlıqların daha da inkişaf etməsində yeni bir səhifənin açılmasına zəmin yaratmış olacaq, bir tərəfdən də, müəllim və tələbə mobilliyinin səmərəliliyini daha da yüksəltmiş olacaq ki, burada da, ən çox qazanclı olacaq tərəf, məhz tələbələrimiz olacaq. Bütün hallarda isə, dövlətin təhsil sahəsindəki tənzimləmələrinə mühüm töhfə olmaqdadır. Dövlət başçısının 5 iyun 2023-cü il tarixində təsdiq etmiş olduğu Dövlət proqramı 2023-2027-ci illər ərzində Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafını nəzərdə tutur və orada mühüm tədbirlərdən biri olaraq da, xüsusilə də, 4.1.9. Prioritet 9. olaraq, İnsan kapitalının inkişafı kimi müəyyən olunmuşdur. Həmin prioritet çərçivəsində artıq Naxçıvan Dövlət Universitetinin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsi icra olunmuşdur. Bu günlər Kembric Universitetindən aldığımız xoş bir xəbərə görə isə Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric Məktəbi (Cambridge School) statusu almışdır.
Eyni zamanda, həmin hüquqi sənəddə, Naxçıvan Muxtar Respublikasında ali təhsilin keyfiyyətinin artırılması məqsədilə Naxçıvan Dövlət Universiteti ilə digər ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq gücləndirilməsi də aktuallığı ilə yerini almaqdadır. Məhz yeni idarəetmə və keyfiyyət mərhələsində Naxçıvan Dövlət Universitetinin müəllifi olduğu layihələr Dövlət proqramının icra olunması sahəsində olduqca mühüm nəitəcələrin tərkib hissəsini özündə ifadə etməkdədir.
Məhz belə bir mərhələdə, Hacettepe Universitetinə səfərin təşkil olunması Naxçıvan Dövlət Universitetinin yeni 2024-2025-ci tədris ilinə olduqca mühüm potensialla başlayacağını göstərməkdədir. Səfərin gedişi, aparılan müzakirələr və əldə olunan anlaşmaların məzmununa, səmərəsinə və uzunmüddətli dövrlər üzrə əhəmiyyətinə diqqət etdikdə aydın olur ki, qarşıdakı mərhələlər üzrə:
- Ali məktəbimizdə bakalavr təhsil səviyyəsində yeni açılan “Tibb bacısı işi” sahəsində akademik heyət və tələbə mübadiləsi təmin olunacaq və kadr təminatı sahəsində dəstəyin verilməsi diqqətdə saxlanılmış olacaq;
- Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Tibb Kollecində yeni birgə ixtisasların açılması barəsində razılıq əldə olunmuşdur;
- Naxçıvan Dövlət Universiteti heyəti ilə Hacettepe Universitetinin Səhiyyə Xidmətləri İdarə Heyətinin sədri, professor Necla Özer və aidiyyatı üzrə xəstəxana baş həkimlərinin müşaiətində Tibb və Diş həkimliyi fakültələri, Erişkin Hastanesi, Uşaq Həstəxanası, Təcili Tibbi Yardım, Əməliyyatxana, Tədqiqat laboratoriyaları qarşılıqlı əməkdaşlıqların təmin olunması məqsədəuyğun hesab olunmuşdur.
Beləliklə, Naxçıvan Dövlət Universiteti əldə etmiş olduğu bütün bu uğurların hər birinə hərtərəfli dövlət diqqətindən və qayğısından əldə etmiş olduğu güclə müvəffəq olmuşdur. Xüsusilə də, 14 iyul tarixinin işığında aydın sabaha və uğurlu gələcəyə istiqamətlənən yolda inamla, ümidlə və qətiyyətlə addımlamaqdadır. Elə bu nailiyyətlər, Naxçıvan Dövlət Universitetinin yeni tədris ilində öz tələbələri və pedaqoji mühtinin güclü dayaqlıarı üçün olduqca mühüm nailiyyətlərdən biri olacaq.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.