Tələsin, əziz ağcabədililər!
"AzPress" İnformasiya Agentliyinin "AZpressTİMES.info" saytının bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyəti və Badam Medical Center-in birgə təşəbbüsü ilə adı çəkilən şəfa ocağının səyyar klinikası iyun ayının 24-dən iyul ayının 5-ə kimi Ağcabədidə göz xəstəlikləri üzrə ödənişsiz “Səyyar klinika” günləri keçirir.
Məlumat üçün bildirək ki, qeyd olunan tarixin ilk günündə klinikanın “Nur Göz” Mərkəzinin peşəkar və təcrübəli həkimlərindən ibarət aftolmoloq tibb komandası artıq iş başındadır. Burada göz müayinəsindən keçən vətəndaşlara həkim məsləhətləri verilir, ehtiyac yaranan hallarda müalicələr olunur, cərrahi müdaxiləyə gərək olarsa icbari tibbi sığortanın dəstəyi ilə göndərişlər alınaraq xəstələr Badam Medical Center-ə göndərilərək peşəkar aftolmoloq cərrahlar tərəfindən əməliyyat olunurlar.
Qeyd edək ki, müayinənin ilk günündə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov səyyar klinikaya gələrək müayinə prosesləri ilə yaxından tanış olub.
Müayinə olunmağa tələsin, əziz ağcabədililər!
Ünvan: Ağcabədi şəhəri, Heydər Əliyev prospekti
Əlaqə nömrəsi: (050) 600-66-99
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.