Kilian Mbappenin burnu sınıb
O, növbəti oyuna maskaya çıxacaq
Dünən Almaniyanın ev sahibliyi etdiyi futbol üzrə Avropa çempionatının qrup mərhələsində (D qrupunda) keçirilən və 1:0 hesabla bitən Fransa - Avstriya matçında birincinin üç oyunçusu ciddi zədə alıb. Zədə alanlardan biri Fransa millisinin 23 yaşlı forvardi Klian Mbappe olub. O, matçın 86-ci dəqiqəsində rəqib komandanın müdafiəçisi Kevin Danso ilə top uğrunda mübarizədə toqquşub. Nəticədə Mbappenin burnu sınıb. Sifəti alqan içində olan Mbappeni əməliyyat üçün təcili xəstəxanaya aparıblar.
Düzdü, həkimlər əməliyyata ehtiyac bilməyiblər. Amma bütün hallarda futbolçu növbəti oyuna mütləq maskada çıxacaq.
Xatırladaq ki, Fransa millisi növbəti matçını iyunun 21-də Hollandiyaya qarşı keçirəcək. Yeri gəlmişkən, Hollandiya millisi də ilk oyunu qələbə ilə bitirib.
Həmin gün D qrupunda digər oyunda Polşa Avstriya ilə üzləşəcək.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.