Malikə Biçekuyeva Avropa üçüncüsü olub
İyunun 15-də Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə startı verilən və Azərbaycan idmançılarının da qatıldığı Avropa birinciliyi davam edir.
38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançının iştirak etdiyi yarışa Azərbaycan yığması da qatılıb.
Birinciliyin dünənə təsadüf edən ikinci günü təmsilçilərimizdən daha biri – Malikə Biçekuyeva (55 kq) körpücük üzərinə çıxıb. Yaşı 15-ə qədər olan atletlər arasında qüvvəsini sınayan Məlikə birdən qaldırma hərəkətində 57 kq-ı ram edib və bu hərəkətdə 4-cü olub.
O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. İdmançımız 71 kq-ı başı üzərinə qaldırıb və bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.
Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, toplam 128 kq (57+71) nəticə göstərən Malikə Biçekuyeva yekun sıralamada da Avropa birinciliyin bürünc medalına sahib çıxıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.