Gənc cüdoçularımız 4 medalla Avropa Kubokunda ikinci olublar
1-2 iyun günlərində Avstriyanın Qrats şəhərində gənclər arasında cüdo üzrə Avropa Kuboku keçirilib. Turnirdə 7 çəkidə 13 oqlan cüdoçu ilə təmsil olunan Azərbaycan komandası turniri üçü qızıl, biri bürünc əyarlı olmaqla 4 medalla bitirib. Bu isə komandamıza ümumi komanda hesabında ikinci yeri tutmaq imkanı verib. Onu da qeyd edək ki, qazanılan medalların hamısı turnirin ikinci gününə təsadüf edib. Cudocularimizdan Süleyman Şükürov (81 kq), Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medal qazanıb. Yeganə bürünc medal isə çıxışını üçüncü yerdə başa vuran Ramazan Əhmədovun (+100 kq) aktivinə yazılıb.
3-5 iyun günlərində isə Qratsda cüdoçuların beynəlxalq təlim-məşq toplanışı olacaq.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.