İsrail əsgəri Qəzzada universitetin kitabxanasını yandırıb
İsrail ordusunun əsgəri Qəzza zolağında Əl-Əqsa Universitetinin kitabxanasını yandırıb.
Müvafiq şəkillər İsrail və ərəb mediası və sosial şəbəkələr tərəfindən dərc edilib.
Görüntülərdə əlində silah və kitab olan bir İsrail əsgərinin kitabxanada yanan kitab şkafının yanında dayandığı görünür.
Qeyd olunur ki, Əl-Əqsa Fələstin anklavının ən böyük universitetlərindən biridir.
Fotolar istifadəçilərin kəskin mənfi reaksiyasına səbəb olub. Fotonun çəkildiyi vaxt göstərilməyib.
İsrail ordusu hələlik hadisə ilə bağlı şərh verməyib.
Daha əvvəl bildirilmişdi ki, Qəzza zolağının cənubundakı Rəfah şəhərində yerləşən İsrail ordusunun əsgəri Yitzhak Buzna İnstaqram hesabında Quranı yandırdığı video yayımlayıb.
Görüntülərdə bir əsgərin İsrail ordusu tərəfindən dağıdılmış məscidlərdən birinə girərək oradan tapılan Quranı yaxınlıqda yanan alova atdığı görünür.
Video sosial şəbəkələrdə yayılıb və sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Bundan sonra israilli hərbçi profil şəklini silib və səhifəni bloklayıb.
İsrail ordusu hadisəni araşdırmaq niyyətində olduğunu açıqlayıb. Ordunun mətbuat xidməti açıqlamasında videodakı əsgərin davranışının “İsrail ordusunun dəyərlərinə uyğun olmadığını” qeyd edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.