Bakıda 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi keçirilir- FOTOREPORTAJ
Bakı Ekspo Mərkəzində sayca 17-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi və 29-cu Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi ("InterFood Azerbaijan") öz işinə başlayıb.
Sərgi kənd təsərrüfatı sənayesinin yerli və xarici mütəxəssisləri, o cümlədən idxalçılar, ixracatçılar, distribyutorlar, topdan və pərakəndə ticarət nümayəndələri, fermerlər daxil olmaqla minlərlə peşəkar ziyarətçi auditoriyasını bir yerdə birləşdirir. Sərgidə Azərbaycanla yanaşı ABŞ, Almaniya, Belarus, Belçika, Cənubi Koreya, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Latviya, Niderland, Rusiya Federasiyası, Serbiya,Türkiyə, Şri-Lanka və şirkətləri yer alıb.
“Caspian Agro” beynəlxalq sərgisi Azərbaycan Respublikasının aqrar-sənaye kompleksinə qabaqcıl texnologiyaların tətbiqi, təcrübə mübadiləsi, qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün bazarda özünü doğrultmuş səmərəli vasitədir.
“Caspian Agro” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi və iştirakı ilə keçirilir. Sərgi həmçinin Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.
Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.
FOTOREPORTAJ: Xeyransa İsmayılova
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.