Bu ölkə Rusiya ilə müharibəyə HAZIRLAŞIR
Norveçin müdafiə naziri Byorn Arild Qram Ukraynada müharibə başa çatdıqdan sonra Rusiya ilə mümkün hərbi münaqişəyə hazır olmağa çağırıb.
O, bu barədə "İltalehti"yə müsahibəsində bildirib.
"Norveç mümkün münaqişəyə hazırlaşmalıdır", - deyə Norveçin müdafiə naziri qeyd edib.
Onun sözlərinə görə, ölkə təhdidlərə "vaxtında və müttəfiqlərlə birlikdə reaksiya verməyi" bacarmalıdır. Qramın fikrincə, Rusiya NATO-ya daxil olduqlarına görə Finlandiya və İsveçdən qisas almaq istəyir:
"Biz Rusiyanın Finlandiya və İsveçin alyansa qoşulmasına cavab olaraq öz qüvvələrini hərəkətə keçirməsinə hazır olmalıyıq".
Qeyd edək ki, daha əvvəl Danimarkanın müdafiə naziri Troels Lund Poulsen demişdi ki, Rusiya yaxın 3-5 il ərzində NATO ölkələrinə hücum edə bilər.
Onun sözlərinə görə, belə hadisələrlə əlaqədar olaraq Danimarka hərbi sahəyə investisiyaları sürətləndirməlidir, çünki Rusiyanın hərbi potensialı xeyli artıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.