Nazarbayev ikinci ailəsinin olduğunu etiraf etdi
Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev “Mənim həyatım” adlı xatirələr kitabında ikinci ailəsi olduğunu bildirib.
Bu barədə Qazaxıstanın Orda.kz portalı məlumat dərc edib.
Kitab tezliklə satışa çıxacaq, lakin hələlik ilk nüsxələri siyasətçilər, ekspertlər və jurnalistlər alıb. Nazarbayevin xatirələrini şəxsən özü yazıb.
Məlumata görə, Nazarbayev kitabında ilk dəfə ikinci ailəsinin olduğunu açıqlayıb. Asel İsabayeva və iki oğlu ilə bağlı etiraflar verib.
“Müsəlman adətinə görə evləndik. Asel mənə iki övlad verdi - iki şanlı oğul. 2005-ci ildə Tauman, 2008-ci ildə isə Bayken anadan olub”, - portal Nazarbayevin kitabdan sözlərini sitat gətirir.
Eks-prezidentin 1962-ci ildə ailə qurduğu həyat yoldaşı Sara Nazarbayevanın ərinin ikinci arvadı və uşaqları haqda məlumatı olub.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.