08 may 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Tramp İranı tezliklə müqaviləni imzalamadığı təqdirdə daha çox zərbə ilə hədələyib

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

Gürcüstan mayın 11-də yeni Patriarx seçə bilər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

Polşa və Ermənistan birgə hərbi təlimlər barədə razılığa gəldilər

Polşa və Ermənistan birgə hərbi təlimlər barədə razılığa gəldilər

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Böyük bir cinayətkar qrupun 35 üzvü saxlanıldı

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycan cinayət işlərinə baxılması qaydalarını yenidən nəzərdən keçirəcək

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldırmağa qadir deyillər...

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

Qobustanda baş verən torpaq sürüşməsi nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

28 Mart - Dövlət təhlükəsizliyi orqanları əməkdaşlarının peşə bayramı günüdür

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Masallıda igid kəşfiyyatçı anılıb

Masallıda igid kəşfiyyatçı anılıb

Şəhid Faiq Şükürovun xatirəsi anılıb - MASALLIDA

Aprel döyüşləri şəhidi Nurlan Əsgərlinin anım günü

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. YADA DÜŞƏN XATİRƏLƏR
YADA DÜŞƏN XATİRƏLƏR

Fikrət Şiriyev:Akademik Yusif Məmmədovun ad günüdür

2 il əvvəl 530 01

Fikrət Şiriyev:

Akademik Yusif Məmmədovun ad günüdür

Bu gün-yanvarın 24-də xalqımızın görkəmli şəxsiyyətlərindən biri, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış məşhur riyaziyyatçısı, Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı(2000-2004), Birinci prorektoru - elmi işlər üzrə prorektor(2004-2006), Riyazi fizika tənlikləri kafedrasının müdiri(1993-ci ildən), Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru(2006-2016), YUNESKO-nun «Elmi biliklərin və texnologiyaların etikası» Azərbaycan Komitəsinin üzvü, Azərbaycan Respublikası Təhsil Nazirinin müşaviri(2016-2017), Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının riyaziyyat və mexanika ixtisasları üzrə ekspert şurasının üzvü, Fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, akademik Yusif Əbülfət oğlu Məmmədovun ad günüdür.

Əziz dostlar, onun haqqında bir müddət əvvəl yazdığım məqaləni təkrar mühakimənizə verirəm.

Yusif Məmmədov fenomeni

Azərbaycan riyaziyyat elminin ən qüdrətli simalarından biri! Akademiik Məcid Rəsulov kimi çox tələbkar, “tükü-tükdən ayıran” bu dünya şöhrətli nəhəng alimin yüzlərlə tələbənin arasından seçib 21 yaşından Bakı Dövlət Universitetində saxladığı fenomenal istedad! 24 yaşında namizədlik, bir az sonra doktorluq dissertasiyası müdafiə edərək o zaman üçün əhatə dairəsi yalnız SSRİ olan dünya riyaziyyatçılarını heyrətləndirən görkəmli alim! Bu gün bütün planeti əhatə edən “H” indeksi üzrə ən çox istinad edilən Azərbaycan riyaziyyatçısı! Bütün bu qeyri-adi istedadla paralel həm də gözəl sadəliyi, sadə gözəlliyi olan bir Azərbaycan ziyalısı! Diqqəti və intellekti, yumoru və zəhmi, mehribanlığı və humanizmi, çevik düşüncəni və heyrətamiz təmkini ən yüksək səviyyədə özündə birləşdirən bu şəxsiyyət Bakı Dövlət Universitetinin assistentindən böyük bir ali məktəbin rektoruna kimi, demək olar ki, bütün vəzifələrdə olub. Kafedra müdiri, dekan, birinci prorektor, rektor, Təhsil nazirinin müşaviri olanda da Yusif Məmmədov olub, adi tələbə, yaxud elmlər namizədi, ya akademik olanda da... Mənim tanıdığım 3-4 nadir adamdan biridir ki, vəzifəyə, mənsəbə görə dəyişməyib, fəhləylə fəhlə, tələbəylə tələbə, alimlə alim olub! Hamısının da ən yaxşısından!

10 il Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru kimi çox gərgin bir rejimdə işlədi. Dünyanın hər yerində müəyyən problemlər var, ancaq Azərbaycanda vəzifədə olmağın özünəməxsusluqları başqa cürdür. Ola bilər ki, səhər evdən başqa arzularla, planlarla çıxasan, gəlib görəsən ki, qapıda şəxsi problemlərini dünyanın bir nömrəli məsələsi hesab edən və utanmağı çoxdan unudan birisi gəlib, deyək ki, kabinetində kreslosunu dəyişmək istəyir, özü də dəqiq əmindir ki, bu iş mütləq rektorla, həm də bu saat həll olunmalıdır. Anbarda kreslonun olmadığını biləndən sonra onu razı salmaq nə qədər mürəkkəb prosesdirsə, arzuladığın tələbələrlə görüşdə əhval-ruhiyyəni pozmamaq, təmkini qoruyub saxlamaq, uşaqlara nikbinlik təlqin etmək bir o qədər çətin məsələ olur. Ancaq belə hallar çox epizodik hadisələr sırasındadır və eyni zamanda həm də kimisə yubiley münasibətilə təbrik etmək, Akademiyada saatyarımlıq riyaziyyat seminarını apamaq, jurnalistlərin heç də qərəzsiz olmayan suallarını cavablandırmaq, tanınmış bir alimin dəfn mərasimində çıxış etmək, tələbələrin,valideynlərin istəklərini reallaşdırmaq, həm də universitetdə baş verən prosesləri daim nəzarətdə saxlamaq elə də sadə görünməsin. Yusif müəllim rektorluğu dövründə bütün bu və buna bənzər işləri yüksək peşəkarlıqla icra etməklə bərabər həm də kimsənin qəlbinə dəyməməyi, bir ürək də sındırmamağı bacarıb.

Bakı Dövlət Universitetində Birinci prorektor işlədiyi dövrdə kabineti ümid yeri hesab olunurdu. Kimin işi müşkülə düşürdü, kim həllolunmaz məsələ ilə rastlaşırdı, Yusif müəllimin qapısına pənah aparırdı-bilirdilər ki, bu işi ancaq o düzəldə bilər. Axşamlar yorğunluğu çıxarmaq üçün bütün rəhbər işçilər birinci prorektorun otağına toplaşırdı-ata ocağına yığışan kimi-buradakı duzlu-məzəli söhbətlər, şirin münasibət, sağlam aura hamıya rahatlıq gətirirdi. Eyni vəziyyət dekan olanda da, kafedra müdiri olanda da təkrarlanıb. Bu adam bir dəfə yoruldum deyib üzünü turşutmayıb, gələn bir adama narahatlığını bildirməyib.

Bütün bu uğurlu həyat hekayəsinə rəğmən həm də çox təvazökar, təmənnasız, nəcib, sadə, son dərəcə mədəni, əsl ziyalı bu insanın üzləşdiyi minlərlə hadisədən birini xatırlamaq istərdim. Rektor işlədiyi illərdə bir dəfə mənə zəng etdi. Tanınmış həkimlərdən birinin qəbulunda idi. Saat yarım növbə gözlədikdən, bir neçə adamın tanışlıqla növbəsiz keçdiyini görəndən sonra zəng edib ki, sən tanıyırsan, həkimə deyə bilərsən, bizi çox gözlətməsin. Dedim, ay Yusif müəllim, bayaqdan həkimə bir azca işarə göndərsəydiniz ki, qapıdasınız, bayaqdan Sizi qəbul etmişdi, niyə səsiniz çıxarmırsınız. Əşşi, nə bilim, dedi, bayaq biri gəlmişdi ki, mən filan rayonda filan kəndin məktəbinin direktoruyam, mənə icazə verin növbəsiz keçim, bütün dünyada müəllimlərə hörmət var. Onu gördüm deyə, mən dillənmədim, ədəbsizlik hesab etdim. Dedim, ay Yusif müəllim, Siz bu boyda ali məktəbin rektorusunuz, akademiksiniz, Əməkdar elm xadimi, nə bilim nələr, nələr. Amma sakitcə oturub gözləyirsiniz, daha bu qədər də yox. Yazıq həkim eşidəndə ki, Yusif müəllim burdadır və gözləyir, bütün xəstələrini, işlərini kənara qoyub, Yusif müəllimin burada olması barədə baş həkimə də zəng edib və hövlənak özünü bayıra atıb, koridorda gözləyənlər də məəttəl qalıblar ki, bayaqdan burda sakitcə oturub səbrlə gözləyən arıq, çəlimsiz, ancaq üz-gözündən nur yağan bu adam kim imiş ki, hamı belə əl-ayağa düşdü.

Onlar bilməmişdilər ki, onlara adi görünən bu adam məşhur V.İ.Steklov adına Riyaziyyat İnstitutunun, MDU-nun Mexanika-riyaziyyat, Riyaziyyat və kibernetika fakültələrinin, Novosibirsk Dövlət Universitetinin, Ukrayna EA-nın Tətbiqi Riyaziyyat İnstitutunun, Tbilisi Riyaziyyat İnstitutunun elmi seminarlarında görkəmli riyaziyyatçı alimləri,necə deyərlər, “riyaziyyatın əjdahalarını” heyrətdə qoyan həmyerlimizdir. Onlar bilməmişdilər ki, onun elmi nəticələri dünyanın bir çox məhşur elm mərkəzlərində öyrənilir və tətbiq edilir. Onlar bilməmişdilər ki, bu səbrlə növbəsini gözləyən adam 1988-ci ildə doktorluq dissertasiyasını müdafiə ərəfəsində də belə bir gözləmə vəziyyətində olub və görkəmli rus alimi M.V.Fedoryuk tanımadığı bu cavan oğlanı şahmat oynadığı üçün gözləməyə məcbur edib. Seminar etməli olan, ancaq əvəzinə otaqdakıları bir-bir məğlub edən Moskva Fizika Texniki İnstitutunun professoru M.V. Fedoryuk Yusif müəllimə elan edib ki, uduzana qədər burdan durmayacaq. Kənardan vəziyyəti müşahidə edən Yusif Məmmədov bu adamın çox güclü şahmatçı olduğunu görür, bilir ki, heç kəsə uduzmayacaq və deməli Bakıdan bura gəlməyi əbəsdir. Növbə tutur və onunla şahmat oynamağa başlayır. Tanınmış alim Yusif müəllimin qeyri-adi istedadı, çoxpilləli kombinasiyaları önündə tab gətirə bilmir və məğlub olur. Ayağa qalxıb Yusif müəllimin əlini sıxır, “bu qədər akademik,professor məni uda bilmədi, inanmazdım ki, uzaq bir şəhərdən gələn cavan bir oğlan məni uda bilər, afərin”, seminardan sonra isə -“ay adamlar, diqqətlə baxın, bu oğlanı yaxşı yadınızda saxlayın, bu adam nə qədər məharətlə şahmat oynayırsa, ondan xeyli artıq güclü riyaziyyatçıdır, bunun çox parlaq gələcəyi var”, deyir.

Həkimin növbəsini gözləyənlər bütün bunları bilsəydilər, arzu edərdilər ki, mənəvi saflığı və əqli kamilliyi özündə birləşdirən bu müdrik və nəcib ziyalı, bütün dünyada tanınan görkəmli alim, yüksək mədəniyyətli və ləyaqətli insan olan Yusif müəllimə allah can sağlığı və yeni uğurlar nəsib etsin. Eynən onu yaxından tanıyanların ürəyindən keçənləri oxuyurmuşlar kimi...

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

Xatirə Rəhimli: Ömrünüzün əlamətdar günü mübarək!

John Doe 1 gün əvvəl

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

Məmməd Əvəzoğlu: Süfrə mədəniyyəti

John Doe 4 gün əvvəl

Əbədiyyətə bərabər sevgi

Əbədiyyətə bərabər sevgi

John Doe 6 gün əvvəl

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

Neft Akademiyasında baş verən terror aktından 17 il ötür

John Doe 1 həftə əvvəl

Xatirə Rəhimli: VƏTƏN!

Xatirə Rəhimli: VƏTƏN!

John Doe 1 həftə əvvəl

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

Etibar Əliyev: Onun əsas missiyası barışdırmaq idi...

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

İlham Əliyev 19-cu “Caspian Agro Week” və 31-ci “InterFood Azerbaijan” sərgiləri ilə tanış olub

İlham Əliyev 19-cu “Caspian Agro Week” v...

7 may 2026 16:26:27
• İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib}

İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantıs...

4 may 2026 14:48:38
• İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib +FOTO=48}

İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan...

2 may 2026 13:56:16
• Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağlı təlimatlar barədə razılığa gəliblər}

Azərbaycan və Ermənistan sərhədlərin delimitasiyası ilə bağl...

29 aprel 2026 20:03:07
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com