24 mart 2026
• XƏBƏRLƏR ARXİVİ
• Haqqımızda
• Reklam
• Əlaqə
• AZ EN RUS
• AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
• Ana Səhifə
• Dövlətçilik
• Siyasət
• Hüquq - kriminal
• Dövlətçilik Tarixi
• ORDU FHN

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İranın müharibəni dayandırmaq üçün şərtləri açıqlanıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İran hazırkı şəraitdə ABŞ ilə danışıqları mənasız adlandırıb

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İrandan Azərbaycana təxminən 3000 nəfər təxliyə edilib

İran prezidenti qonşu ölkələrə müraciət edib

İran prezidenti qonşu ölkələrə müraciət edib

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni XƏBƏR VAR

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Ə.Nuriyev DİN yanında İctimai Şuranın sədri seçilib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Bakı məhkəməsi Fransa vətəndaşını casusluqda təqsirli bilərək 10 il müddətinə azadlıqdan məhrum edib

Erməni faşizminin qurbanı: XOCALI

Erməni faşizminin qurbanı: XOCALI

İlham Tumas: Polad belə Polad idi...

İlham Tumas: Polad belə Polad idi...

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Ermənistanda hərbi xidmət müddəti altı ay azaldılacaq

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Dövlət Komitəsinin yanğınla bağlı BƏYANATI

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

Azərbaycanda çağırışçıların təkcə sağlamlığı deyil, həm də ruhi vəziyyəti yoxlanılacaq

“Zəfər ruhlu analar” – Masallıda tədbir

“Zəfər ruhlu analar” – Masallıda tədbir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan! layihəsinin bağlanış mərasimi keçirilmişdir

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

"Heydər Əliyev İrsi və Müstəqil Azərbaycan!" layihəsinə başlanılmışdır

Dünya Azərbaycanlılarını birləşdirən tarix

Dünya Azərbaycanlılarını birləşdirən tarix

• İqtisadiyyat
• Gənclər və İdman
• Mədəniyyət
• Elm və Təhsil
• Region

1. Ana Səhifə
2. MEDIA DƏSTƏYİMİZ
MEDIA DƏSTƏYİMİZ

“ALLAH SİZDƏN RAZI OLSUN, XƏLİL HƏKİM...”

2 il əvvəl 683 01

“ALLAH SİZDƏN RAZI OLSUN, XƏLİL HƏKİM...”

Şəhid atasından minnətdarlıq məktubu

Mən özümü başa düşəndən, həyatı dərk edib anlayandan ta bu günə kimi bir məsələni əlimdə bayraq, dilimdə şüar etmişəm ki, böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, edilən hər hansı bir yaxşılıq üçün mütləq təşəkkür edilməlidir. Təşəkkür insanı mənən rahatlaşdırır, ruhən saflaşdırır, daxilən paklaşdırır. Könlündə, qəlbində, cismində xoş duyğulara, nəcib hisslərə vəsilə olur. Kini, küdurəti, ədavəti, paxıllıq və qısqanclıq hisslərini aradan qaldırır.  Biz bir "sağ ol", "çox sağ ol", "Allah köməyin olsun" deyərək, qarşı tərəfə öz təşəkkürümüzü, səmimiyyətimizi bildiririk. Bəzən də ən şirin, ən səmimi dua və təşəkkür yerinə "Allah səndən razı olsun!" - deyirik. İnsanın ən böyük qazancı elə Allah-taalanın rizası, rəğbəti və ondan razılığıdır. Məncə, insana təşəkkürün ən uca məqamı bu deyimlə ifadə olunur. Çünki Allah bir kəsdən razı olarsa, o adam artıq çox şey qazanmış olur.

Mənim bu yazımın kökündə də, təşəkkür dayanır, minnətdarlıq hissi dayanır, haqqında danışacağım adamdan Allah-taalanın razı olması istəyi dayanır. Bu şəxs Respublika Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiri, tanınmış cərrah-oftalmoloq Xəlil Hüseynovdur.

Təəssüratlarımı bölüşməzdən öncə istərdim ki, dəyərli oxuculara cərrah-oftalmoloq Xəlil Hüseynovun ömür yolu haqqında qısaca məlumat verim. Xəlil Hüseynov Bakı şəhərində anadan olub. 1986-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. 1997-2001-ci illərdə Dominikan Respublikasının Santo Domingo şəhərində yerləşən  Pedro Henriquez Urena adına Universitetdə tibb təhsili alaraq ümumi oftalmoloq diplomuna layiq görülüb. 2002-2003-cü illərdə ABŞ-ın Florida ştatının Mayami şəhərində yerləşən Bascom Palmer Eye İnstitutunda ixtisaslaşma və təkmilləşmə məqsədilə bir illik fellowship “Cornea ve refraktive” cərrahiyyəsindən keçib. Daha sonra İspaniyada, Fransada, Avstriyada, İtaliyada, iki dəfə ABŞ-da kurslarda olub. 2004-2009-cu illərdə Bakıda CCR Qeyri-hökumət humanitar təşkilatlarının oftalmoloji şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib. 2007-2014-cü illərdə Bakıda BRİZ-L oftalmoloji klinikasında baş həkim işləyib. 2014-cü ildən bu günə kimi Respublika Müalicə Diaqnostika Mərkəzinin Oftalmologiya şöbəsinin müdiridir. Əhalinin tibbi maarifləndirilməsində və imkansız şəxslərə yardım məqsədilə televiziya kanallarında təşkil olunan xeyriyyə aksiyalarında yaxından iştirak edir. Güzəştli göz əməliyyatları həyata keçirir. Təmsil olunduğu beynəlxalq oftalmoloji cəmiyyətlərin konfranslarında vaxtaşırı iştirak edərək xarici həmkarları ilə informasiya mübadiləsində aktiv iştirak edir, öz təcrübələrini xarici mütəxəssislərlə bölüşür.

Qayıdıram əsas məqsədimə. Üç il bundan öncənin söhbətidir. Sol gözümdə ciddi problem əmələ gəlmişdi. Tədricən nurunu itirməyə başlamışdı. Bu hal həm məni, həm də ailə üzvlərini çox narahat etməyə başlamışdı. Məsləhət görülən bir neçə həkimə müraciət etdik, amma təəssüflər olsun ki, heç kim bu əməliyyatı boynuna götürmədi. Digər xəstəliklərim də olduğuna görə həkimlər özlərini risk altına almaq istəmirdilər. Gözümün bağının qırılmağından qorxurdular.

Doktor Xəlil Hüseynovu da televiziyadakı çıxışlarından tanıyırdım. Bilirdim ki, nəzəri cəhətdən çox savadlıdır, bir çox ölkələrdə kurslarda olub. Amma, düzünə qalsa, əməliyyatları ilə bağlı heç nə bilmirdim. Fikirləşirdim ki, birdən...  Çünki o vaxta kimi nə mənim, nə də ailə üzvlərindən kiminsə gözlə bağlı problemi olmamışdı ki, yaxşı göz həkimi axtarışında olaq. Qızımın israrından sonra üz tutduq Bakıya. Bilirdik ki, Xəlil doktor Respublika Müalicə Diaqnostika Mərkəzində işləyir və Oftalmologiya şöbəsinin müdiridir. Və beləcə yol aldıq deyilən ünvana...

Mərkəzdə bizi çox səmimi, çox mehriban, xoş təbəssümlə qarşıladılar. Xəlil həkimlə görüşümüz də çox isti münasibət şəraitində keçdi. Mən bu insanın davranışına, səmimiyyətinə heyran oldum. Hərtərəfli müayinə etdi, mən bundan öncəki həkimlərin dediklərini də doktorun nəzərinə çatdırdım. Xəlil həkim digər xəstəliklərimlə də maraqlandı. Sonra dedi ki, heç bir narahatçılığa əsas yoxdur, 10 dəqiqənin içində sizi bu problemdən qurtaracağıq. Əməliyyatın vaxtı təyin olundu, digər xəstəliklərimlə bağlı önləyici tədbirlər görülməyə başlanıldı. Xəlil həkim ümidverici sözləri ilə elə bil ki, mənə dünyanı bağışladı. Gözümün sağalacağına yüz faiz inanmağa başladım.

Burda bir haşiyə çıxmaq istəyirəm. Mən nə Diaqnostika Mərkəzinə müraciət edəndə, nə də həkimin qəbulunda olanda şəhid atası olduğumu dilimə gətirməmişdim. Biz elə səviyyədə yanaşma, diqqət görmüşdük ki, şəhid ailəsi olduğumuzu deməyə zərurət yaranmamışdı. Amma... Amma necə oldusa, məsələ bilindi və bu dəfə bizi öncədən demədiyimiz üçün hələ qınadılar da. Bildirdilər ki, Mərkəzdə şəhid ailələrinə bütün tibbi xidmətlər pulsuzdur. Hələ qəbul və müayinə üçün ödənilən rüsumu da geri qaytardılar...

Beləcə, əməliyyat yüksək səviyyədə keçdi və mən sol gözümdə olan narahatçılıqdan qurtardım...

...Mən bir də bir neçə gün bundan öncə Xəlil həkimə müraciət etməli oldum, yəni üç ildən sonra. Bu dəfə isə sağ gözümlə bağlı. Eyni qarşılanma, eyni diqqət, eyni səmimiyyət, eyni sevgi və sayğı... Ümid dolu sözlər və nəticə etibarilə uğurlu əməliyyat... Artıq mən Xəlil həkimin sayəsində sağ gözümdəki problemlə də vidalaşmışam.

Burda bir haşiyə də çıxmaq istəyirəm. İkinci əməliyyatdan qısa müddət sonra baxış üçün Diaqnostika Mərkəzinə getmişdim. Növbəyə dayanıb vaxtımı gözləyirdim. Birdən dəhlizin o başından Xəlil həkim məni gördü. Yanındakı yoldaşa nəsə dedi və o yoldaş da gəlib məni kabinetə sarı apardı. Xəlil həkim qapının ağzında gösləyirdi. Görüşdük, hal-əhval tutdu.

- Orda niyə dayanmısan? - deyə soruşdu.

- Növbə gözləyirəm, - dedim.

- Sənə nə növbə? - deyib, qoluma girərək içəri apardı.

Bu haşiyəni çıxmaqda bir məqsədim var. Yuxarıda da qeyd etdiyim kimi, Xəlil doktor Respublika Müalicə Diaqnostika Mərkəzində Oftalmologiya şöbəsinin müdiridir. Özü necə səmimi, mehriban, qayğıkeşdirsə, rəhbərlik etdiyi şöbənin bütün tibb personalı da o qaydada səmimi və mehridandır. Hələ Nərgiz xanım... Şəhid atası olduğumu biləndə uşaq kimi ağlaması məni də kövrəltdi...

“Allah sizdən razı olsun, Xəlil həkim.” – Bu duanı, birinci əməliyyatdan bu yana bəlkə də yüzlərcə dəfə təkrarlamışam. Və bir daha bu təşəkkür məktubumda dilə gətirirəm: Allah Sizdən razı olsun, Xəlil həkim. Öz adımdan, ailəmiz adından Sizə dərin minnətdarlığımı bildirirəm. Ulu Yaradan canınızı sağ, ömrünüzü-gününüzü problemsiz, süfrənizi ruzili, bərəkətli etsin. Yaxşı ki, yer üzündə Sizin kimi dəyərli insanlar və bu dünya Sizin kimi yaxşıların sayəsində hələ ki, öz oxu ətrafında fırlana bilir. Bir daha var olun, səmimiyyət və ləyaqət simvolu Xəlil həkim!

Müslüm Abbasov,

şəhid atası, Sumqayıt şəhər sakini

Qeyd.

Şəhid Elman Müslüm oğlu Abbasov - 1993-cü il iyulun 4-də torpaqlarımızın müdafiəsi uğrundakı müqəddəs savaşda 19 yaşında şəhidlik zirvəsinə yüksəlib.

Sumqayıt şəhərindəki tarix muzeyində şəhidin adına yaradılan guşədə Elmanın sevimli sazı və digər şəxsi əşyaları, medalları saxlanılır.

2015-ci ildə şəhid haqqında şair, publisist Rahilə Veysəllinin “Elm və təhsil” nəşriyyatı tərəfindən respublikanın Əməkdar jurnalisti, tanınmış şair Rafiq Odayın redaktorluğu və ön sözü ilə “Həsrət yanğısı” adlı kitabı işıq üzü görüb.

Previous Post

Deleting fears from the brain means you might never need to face them

Next Post

Smart packs parking sensor tech and beeps when collisions

Razon Khan

http://www.newsdaily247.com

Selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate. Listicle meditation paleo, drinking vinegar sint direct trade.

Əlaqəli Xəbərlər

Tanınmış jurnalist vəfat edib

Tanınmış jurnalist vəfat edib

John Doe 3 gün əvvəl

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

Kitabxanada “Yubileylər silsiləsi” tədbirləri davam edir

John Doe 5 gün əvvəl

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

Kitablar səltənətinin inciləri: “Qılınc və qələm”

John Doe 6 gün əvvəl

Kitabxananın oxucuları müsabiqə qalibləri oldular

Kitabxananın oxucuları müsabiqə qalibləri oldular

John Doe 1 həftə əvvəl

İki qərinənin söz tablosu

İki qərinənin söz tablosu

John Doe 1 həftə əvvəl

Kitablar səltənətinin incisi: “Yeddi gözəl”

Kitablar səltənətinin incisi: “Yeddi gözəl”

John Doe 1 həftə əvvəl

03 Comments

• Michelle Aimber January 17, 2017 at 1:38 pm

High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.

Reply
• Genelia Dusteen January 17, 2017 at 1:38 pm

Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply
Michelle Aimber January 17, 2017 at 1:38 pm

VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.

Reply

Leave a comment

SOSİAL ŞƏBƏKƏLƏRDƏ BİZİ İZLƏYİN

Rəsmi Xəbər

Sülh Şurasının üzvləri qətnamənin lehinə yekdilliklə səs veriblər

Sülh Şurasının üzvləri qətnamənin lehinə...

19 fevral 2026 22:29:04
• İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə verib +FOTO=34}

İlham Əliyev Davosda “Euronews” televiziyasına müsahibə veri...

20 yanvar 2026 14:50:17
• İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib +FOTO=62}

İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan məra...

26 dekabr 2025 14:59:14
• İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər +FOTO=15}

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lid...

12 dekabr 2025 13:14:10
Arxivə Keçid>>>

Trending Now

• Can't shed those Gym? The problem might...

Mar 13, 2017
• Deleting fears from the brain means you…

Jan 11, 2017
• Smart packs parking sensor tech...

Feb 19, 2017

Hot Categories

• Robotics (5)
• Games (6)
• Gadgets (5)
• Travel (5)
• Health (5)
• Architecture (5)
• Food (5)

Latest Tweets

• About 13 days ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN
• About 15 days ago #WordPress 4.8 is here! https://t.co/uDjRH4Gya9
• About 1 month ago Please, Wait for the next version of our templates to update #Joomla 3.7 https://t.co/LlEv8HgokN

Post Gallery

AZpress.AZ - VİDEO-FOTO İNFORMASİYA AGENTLİYİNİN XƏBƏR SAYTI
TƏSİSÇİ : RASİM SADIXOV - WhatsApp: 050 200 45 40

BAŞ REDAKTOR : XEYRANSA İSMAYILOVA

WhatsApp: https://wa.me/994515203020

REKLAM üçün: https://wa.me/994503311111

e-mail: azpressmedia@gmail.com

e-mail: azpresstimes@gmail.com