Türkiyədən 10 tələbə Azərbaycana gəldi - TİKA layihələri ilə tanış oldular
Türk İşbirliyi və Koordinasiya Agentliyi (TİKA) “Kalkınma Elçiləri” proqramını reallaşdırır. Proqram çərçivəsində 350 universitet tələbəsindən 10-u agentliyin Azərbaycandakı layihələri ilə tanış olmaq üçün ölkəmizə səfər edib.
AZpressTİMES.info xəbər verir ki, bu barədə TİKA-nın Bakı Korrdinatorluğundan məlumat verilib.
Bildirilib ki, 10 universitet tələbəsi səfər çərçivəsində öncə TİKA-nın dəstəyi ilə Azərbaycanda təşkil edilən 5-ci Milli Yaylaq Festivalında iştirak edib: “Həmçinin TİKA tərəfindən inşa edilən Gəncədəki Nuri Paşa Muzey Evini ziyarət edib. Səfər çərçivəsində qardaş ölkədən olan tələblər həmçinin TİKA-nın layihələri, o cümlədən Tərtərdəki Heydər Əliyev Parkında açıq hava səhnəsi layihəsi, Ucar Mərkəzi Xəstəxanasında dializ mərkəzi, Göyçayda meyvə istixanası layihəsi, Sumqayıtda bal qablaşdırma zavodu və ASAN Radio və Veb TV-nin layihələri ilə tanış olublar”.
Məlumata əsasən, səfər çərçivəsində rəsmi şəxslərlə görüş də reallaşıb. Belə ki, tələbələr Türkiyənin Bakıdakı səfirliyini, Türkiyənin Gəncədəki Baş Konsulluğunu, “Anadolu” Agentliyinin Asiya və Qafqaz üzrə Ofisini, TRT Bakı Bürosunu və Yunus Əmrə İnstitutunun Bakı Koordinasiya Mərkəzini ziyarət ediblər.
Görüş və ziyarətlərdən razı qalan tələbələr bundan sonrakı fəaliyyətlərində də “Bir millət iki dövlət” fəlsəfəsinə sadiq qalacaqlarını bəyan ediblər.
Onu da xüsusi olaraq qeyd edək ki, “Kalkınma Elçiləri” proqramının bir hissəsi olaraq, 350 universitet tələbəsi TİKA-nın 35 ölkədəki layihələrində və sahə fəaliyyətlərində iştirak edəcək. Gənclər layihələrin hazırlanmasında və həyata keçirilməsində iştirak edə biləcəklər ki, bu da onlara müxtəlif cəmiyyətlərin ehtiyaclarını daha yaxşı başa düşməyə imkan verəcək.
Proqramın iştirakçılara yalnız peşəkar təcrübə qazandırmaqla yanaşı, həm də ölkələr arasında həmrəylik və bilik mübadiləsini təşviq etməsi gözlənilir.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.