Bakıda iki avtobus toqquşdu: 20-dən çox insan xəsarət alıb
24 iyul 2026-cı il tarixində, təxminən saat 8:00 radələrində Bakının Xəzər rayonunda, Binə Sovxoz yaşayış massivi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 22 nəfər xəstəxanaya yerləşdirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatına görə, xəsarət alanlardan 13 nəfər (7 kişi və 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 kişi isə Kliniki Tibb Mərkəzinə aparılıb.
Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərə müxtəlif bədən nahiyələrində çoxsaylı xəsarətlər diaqnozu qoyulub və lazımi tibbi yardım göstərilib. Onların vəziyyəti stabildir və müalicəsi təcili yardım şöbəsində davam edir.
Sabunçu Tibb Mərkəzində xəsarət alanlara baş, bədən və ətraf xəsarətləri, eləcə də sınıqlar diaqnozu qoyulub. Hamısına lazımi tibbi yardım göstərilib.
1972-ci il təvəllüdlü xəstənin vəziyyəti orta ağır qiymətləndirilir. Müalicəsi reanimasiya şöbəsində davam edir.
Qalan 12 xəstənin vəziyyəti qənaətbəxş hesab edilib və onlar ambulator müalicə üçün evə göndəriliblər.











03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.