Rusiyada pilotsuz təyyarənin hücumundan sonra neft anbarında yanğın baş verib
Rusiyanın Krasnodar diyarındakı Poltavskaya neft bazasında Ukrayna dronlarının gecə hücumundan sonra yanğın baş verdiyi bildirilib.
Hadisə 25 iyun gecəsi baş verib.
Krasnoarmeyski rayonunun rəhbəri Aleksandr Xaritonov yanğını təsdiqləyərək, vurulan drondan qalıqların obyektə düşdüyünü izah edib.
"Neft bazasındakı yanğına PUA-nın qalıqlarının düşməsi səbəb olub. Hadisə yerində təcili və əməliyyat xidmətləri işləyir", - deyə o qeyd edib.
Bundan əlavə, rəsmi şəxs Poltavskaya kəndi ilə Trudobelikovski kəndi arasındakı yolun müvəqqəti bağlandığını bildirib.
Poltavskaya neft bazası regional yanacaq infrastrukturunun bir hissəsidir və Krasnodar diyarının və Adıgeyin bəzi yerlərini yanacaqla təmin edir. Onun çən parkında təxminən 28 çən var.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.