Türk dünyası ölkələrinin dini qurumlarının ilk görüşü Şuşada keçiriləcək
30 iyun tarixində Şuşada Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin dini işlər üzrə dövlət qurumları rəhbərlərinin ilk görüşü keçiriləcək.
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə TDT-nin baş katibinin, eləcə də üzv ölkələrin (Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstan) dini sahədə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin iştirakı gözlənilir.
Ortaq tarixə və milli, mənəvi, dini və mədəni dəyərlərə malik türk dövlətləri arasında birgə fəaliyyətin genişləndirilməsi, təcrübə mübadiləsinin inkişaf etdirilməsi və tərəfdaşlığın gücləndirilməsi məqsədi daşıyan görüşdə bir sıra aktual məsələlərin müzakirəsi planlaşdırılır.
Əsas mövzulardan biri TDT çərçivəsində dini işlər üzrə dövlət qurumları üçün əməkdaşlıq mexanizminin yaradılması olacaq. Bu təşəbbüs üzv ölkələr arasında koordinasiyanı gücləndirməyi və əməkdaşlıq üçün işçi platforma yaratmağı hədəfləyir.










03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.